Belarus universitetlərində ruslara büdcə yerləri ayrılacaq…





Rusiya vətəndaşları üçün minə yaxın yer ayrılacaq…



…Bu il Belarus universitetləri Vahid Dövlət İmtahanından uğurla keçən rusiyalı abituriyentlər üçün minə yaxın büdcə yeri ayırmağı planlaşdırır.

SİA Belarus saytlarına istinadən xəbər verir ki, bu barədə BELTA təhsil naziri Andrey İvanetsin sözlərinə istinadən məlumat yayıb.

Nazirin qeyd etdiyi kimi, “ittifaq dövləti”nin əməkdaşlığının üç əsas istiqaməti müzakirə olunub.

Birincisi, 2026/2027-ci tədris ilindən birgə təhsil proqramlarına başlanılması: bu təşəbbüs iki ölkənin aparıcı universitetləri – BDU, BNTU, BSUİR və Rusiyanın Bauman adına Moskva Dövlət Texniki Universiteti tərəfindən həyata keçiriləcək.

İkinci vacib məqam bütün abituriyentlər üçün bərabər qəbul şərtləridir.

Artıq ikinci ildir ki, ruslar Belarusda Mərkəzi İmtahan və Mərkəzi Test imtahanı vermədən, Vahid Dövlət İmtahanının nəticələrinə əsasən büdcə əsasında Belarus universitetlərinə daxil ola bilərlər.

Nazir qeyd edib ki, bu proqramda 30-dan çox universitet iştirak edir və “bu il tələbələr üçün bu trayektoriya üzrə minə yaxın yer gözlənilir”.

Üçüncü məqam akademik mobillikdir: ölkələr arasında müəllim mübadiləsi planlaşdırılır. “İttifaq dövləti” tədbirləri çərçivəsində 2026-cı ildən Rusiya və Belarusdan 50-yə yaxın professor iki ölkənin universitetlərində mühazirə oxumaq və təcrübə keçmək üçün dəvət olunacaq.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər