Ukrayna iqtisadiyyatında islahatlar və makroiqtisadi sabitlik istiqamətində atdığı addımlarla beynəlxalq maliyyə institutlarının etimadını qazanmaqda davam edir. Beynəlxalq Valyuta Fondu (IMF) daxili qiymətləndirmə prosesi nəticəsində Ukraynaya 500 milyon ABŞ dolları məbləğində əlavə kredit ayırdığını açıqlayıb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu məbləğlə birlikdə IMF-in Ukraynaya dəstəyi çərçivəsində ümumi kredit həcmi 10,6 milyard dollara çatır. Yeni vəsaitin Ukrayna dövlət büdcəsinə birbaşa dəstək olaraq istifadə ediləcəyi bildirilir. IMF-in məlumatında qeyd olunub ki, 2025-ci il üzrə Ukraynanın iqtisadi artım proqnozu əvvəlki kimi 2-3 faiz səviyyəsində saxlanılır. Bu, əsasən qaz hasilatının azalması və…
Daha çoxDay: July 1, 2025
Luqansk ərazisi tamamilə işğal edildi
Ukraynanın Luqansk vilayətinin ərazisi Rusiya qüvvələri tərəfindən tamamilə işğal edilib. SİA xəbər verir ki, bu barədə “lpr” rəhbəri Leonid Paseçnik məlumat verib. “İki gün əvvəl “Luqansk Xalq Respublikası”nın ərazisinin tamamilə “azad edildiyi” barədə xəbər gəldi”, – Paseçnik qeyd edib.
Daha çoxBu ölkənin keçmiş vitse-prezidenti 13 il müddətinə həbs edildi
Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas 13 il müddətinə həbs edilib. SİA xəbər verir ki, bu barədə ölkə məhkəməsi qərar çıxarıb. Keçmiş vitse-prezident Manabi və Esmeraldas əyalətlərinə yardım üçün nəzərdə tutulan büdcə vəsaitlərini mənimsəməkdə ittiham edilib.
Daha çoxRusiya limanından neft daşıyan tankerdə partlayış olub
Aralıq dənizində Rusiya limanından neft daşıyan “Vilamoura” tankeri partlayış nəticəsində sıradan çıxıb. SİA “Bloomberg”ə istinadən xəbər verir ki, hadisə Liviya yaxınlığında dənizdə baş verib. Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə nəticəsində dənizdə çirklənmə qeydə alınmayıb və heyət üzvlərinə heç bir xəsarət dəyməyib. Zərərin qiymətləndirilməsi üçün tanker Yunanıstana yedəkdə aparılıb. Qeyd edilir ki, gəmi təxminən bir milyon barel neft daşıyırdı.
Daha çoxBu tarixdə görüşəcəklər
Bu tarixdə görüşəcəklər
Daha çoxİstilər yaxın günlərdə pik həddə çatacaq
Qərbi Avropa ölkələrini vuran anomal istilər yaxın günlərdə pik həddə çatacaq. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd olunub ki, belə yüksək temperatur elektrik şəbəkələrini təhdid edə və sağlamlıq üçün fövqəladə hallara səbəb ola bilər. Böyük Britaniya, İspaniya, Fransa və Portuqaliyanın şimal hissəsində qeydə alınan anomal istilər elektrik enerjisinə tələbatı artırır və bəzi atom elektrik stansiyalarını fasilələr səbəbindən hasilatı azaltmağa məcbur edir. Fransanın mərkəzində hava təhlükəsinin maksimum qırmızı səviyyəsi elan edilib. Havanın temperaturunun 41 dərəcəyə qədər isti olacağı gözlənilir. İspaniyada temperatur 42, Portuqaliyada isə 40 dərəcəyə…
Daha çoxİsveçin ərzaq təhlükəsizliyi münaqişə baş verdiyi halda risk altındadır
Qlobal risklərin artması fonunda İsveç böhran və ya müharibənin baş verdiyi şəraitdə əhalini ərzaqla təmin etmək hazırlığını qiymətləndirib. SİA xəbər verir ki, İsveç Ərzaq Agentliyinin və Kənd Təsərrüfatı İdarəsinin hesabatına əsasən, ölkədə 14 milyona qədər insanı doydurmaq üçün kifayət qədər ərzaq istehsal olunur, halbuki əhalinin sayı təxminən 10 milyon təşkil edir. Agentliyin qeyd etdiyi kimi, belə şəraitdə qida rasionu o qədər də rəngarəng olmazdı. Qida rasionunun əsasını taxıl, kartof, çörək, süd məhsulları və yumurta təşkil edərdi. Xüsusilə də qışda təzə meyvə və tərəvəzlərin idxalı tədarükün pozulduğu halda, bu kateqoriyaları həssas…
Daha çoxTramp o sanksiyaları ləğv etdi
ABŞ Suriyaya qarşı sanksiyalarını rəsmi şəkildə ləğv edib. SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb. Lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır. Bundan başqa, Suriyanın “terrorizmi dəstəkləyən dövlət” statusuna, “Hayat Təhrir əş-Şam” qruplaşmasının xarici terror təşkilatı kimi tanınmasına və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ABŞ-nin “xüsusilə təhlükəli beynəlxalq terrorçular” siyahısına salınması ilə bağlı qərarlara da yenidən baxılacaq. Xatırladaq ki, Tramp mayda Yaxın Şərqə səfəri zamanı ABŞ-ın bu ölkəyə qarşı…
Daha çoxBu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
Qohum evliliyini qadağan edən qanun bu gündən – iyulun 1-dən qüvvəyə minir. SİA bildirir ki, Prezident İlham Əliyev 23 iyun 2024-cü ildə Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.
Daha çoxUkrayna Rusiyanın dondurulmuş aktivlərini “xımır-xımır yeyir”..?
Kanada Kiyevə bu dəfə nə qədər ianə edib? …Ukrayna Fövqəladə Gəlir Sürətləndirilməsinin (Extraordinary Revenue Acceleration -ERA) təşəbbüsü çərçivəsində Kanadadan təxminən 1,7 milyard dollar alıb. Bunlar dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilən vəsaitlərdir. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal Telegram-da yazıb. …Tərəfdaşlarımızla birlikdə biz Rusiyanı onun törətdiyi cinayətlərin və dağıntıların əvəzini ödəməyə məcbur edirik. İlin əvvəlindən son tranşı nəzərə alsaq, Rusiya Federasiyasının immobilizasiya olunmuş aktivlərindən təxminən 17,6 milyard dollar əldə etmişik. Bunu Şmıqal yazıb. Baş nazir həmçinin Kanadaya…
Daha çox