“Putin sülhdən danışanda istehza edir…”



Almaniya Xarici İşlər Naziri Ukraynanı gücləndirməyə çağırıb…



…Vladimir Putin “sülh”dən danışanda istehza edir. Sülh yalnız təcavüzün dayandırıldığı zaman gələ bilər və bu məqsədlə Ukrayna güclənməlidir.

SİA xəbər verir ki, Unian.net-in müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful Kiyevdə Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə birgə mətbuat konfransında bildirib.

…Biz Ukraynaya güc mövqeyindən danışa bilməsi üçün kömək etmək istəyirik. Putin bu gün sülhdən danışanda bu, sırf istehzadır. Onun danışıqlara hazır olması sadəcə lövhədir. O, bütün Ukraynanı ələ keçirmək və Avropada qorxu səpmək istəyir.

Bunu Vadeful vurğulayıb.

Almaniyalı nazir qeyd edib ki, son həftələr Putin Ukraynaya hücumlarını daha da gücləndirib. Onun sözlərinə görə, Rusiyanın qəddarlığı göstərir ki, bu, azad demokratiya kimi Ukraynaya hücumdur.

…Siz çox cəsarətlə müqavimət göstərirsiniz. Putin bunu görür və dəstəyimizin zəifləyəcəyinə, diqqətimizin yeni böhranlara yönələcəyinə ümid edir… Ona görə də mən açıq şəkildə deyirəm: Putin Almaniya ilə bağlı bu işdə uğur qazana bilməyəcək. Biz dönməz şəkildə Ukraynanın tərəfindəyik və nə qədər lazımdırsa, sizi dəstəkləyəcəyik.

Almaniya XİN rəhbəri vurğulayıb.

Əli Babayev

Əlaqəli Xəbərlər