Primakov Rusiyanı “Avropadan yaxşı bir şey gözləməməyə” çağırıb…


Rusiya “Avropadan yaxşı heç nə” gözləməməlidir.

SİA rus saytlarına istinadən xəbər verir ki, Tsarqradın xəbərinə görə, bunu MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Yevgeni Primakov deyib.

O xatırladıb ki, Rusiyanın mədəni ənənələrinin əhəmiyyətli bir hissəsi Avropadan gəlir, lakin unutmaq olmaz ki, Avropa ölkələri dünyada bir çox soyqırımların və Rusiya ərazisinin də əziyyət çəkdiyi bəlaların mənbəyi olub.

…İndi Avropadan yaxşı bir şey gözləmək olarmı?

Primakov sual edib.

Agentliyin rəhbəri əlavə edib ki, avropalı siyasətçilər özlərini rusofob hesab etmirlər, lakin onlar rus mədəniyyətini və tarixi yaddaşını aktiv şəkildə silirlər.

Məsələn, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyadan qaynaqlanan “sülhə 360 dərəcə təhdid”dən danışıb, Almaniyada isə Qələbə günündən əvvəl Georgi lentləri qadağan edildi…

Primakov həmçinin qeyd edib ki, bu, Avropa İttifaqının “geri qalmasının” yeganə nümunəsi deyil.

Onun sözlərinə görə, bəzi avropalılar Fyodor Dostoyevskinin əsərlərini yerli universitetlərdə öyrənməkdən imtina etməsini onun “Putini dəstəkləməsi” ilə əlaqələndirirlər.

Əli Babayev

Əlaqəli Xəbərlər