COP29 nümayəndə heyəti Sevilyada beynəlxalq konfransda iştirak edir

COP29 nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransda iştirak etmək üçün Sevilyaya səfər edib. Bu barədə SİA COP29-un “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. “Bu gün COP29 sədrliyinin nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransa qatılmaq üçün Sevilyaya səfər edib. Nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə mövzusunu qlobal gündəliyin mərkəzində saxlamağı və hökumətlərə Bakı konfransında götürdükləri öhdəlikləri xatırlatmağı planlaşdırır”, – paylaşımda qeyd olunub. Konfrans iyunun 30-dan iyulun 3-dək Sevilyada keçiriləcək və dayanıqlı inkişafa investisiyaların yatırılmasını müzakirə etmək üçün dünya liderlərini, beynəlxalq qurumların, vətəndaş cəmiyyətinin və müxtəlif BMT…

Daha çox

Köç karvanı Kəngərliyə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub. SİA xəbər verir ki, bu mərhələdə köçürülən 153 nəfərdən ibarət 37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Daha çox

Xocalıda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə Xocalı rayonunda növbəti maarifləndirmə tədbiri keçirilib. Bu barədə SİA-ya Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir Xocalı rayonunda fəaliyyət göstərən müəssisənin 25 işçisini əhatə edib. Maarifləndirmə tədbiri zamanı iştirakçılara əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin yeni dövlət standartlarının tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, dövlətin layiqli əmək siyasəti, əmək qanunvericiliyinin əsas tələbləri, iş yerlərində təhlükəsizlik standartları və mina təhlükəsizliyi…

Daha çox

“Azərbaycan mediası öz işini peşəkar formada yerinə yetirir”

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamında qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsi dövründə əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Prezidentin Sərəncamında yer tutan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirmək üçün mənbə rolunu oynayır. Sərəncam Azərbaycan mediasının keçmiş fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də jurnalistikamızın gələcək fəaliyyətindən gözləntiləri ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. O bildirib ki, diqqət yetirsək görərik ki,…

Daha çox

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Azərbaycanda bir torpaq sənədi üzrə 3 hektar və daha çox sahəni bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir. Nazirlik bəyan edib ki, torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən artıq bir torpaq sənədi üzrə 3 ha və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar. Bir torpaq sənədi üzrə 3 ha-dan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi könüllü müraciəti əsasında aparılır. Aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı…

Daha çox

Sabiq nazir Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib

Sabiq ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla F.Məmmədov bu mükafata ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, F.Məmmədov 2000-2024-cü illər ərzində ədliyyə naziri olub. Hazırda Konstitusiya Məhkəməsinin hakimidir. Sabah, iyulun 1-i onun 70 yaşı tamam olur.

Daha çox

İspaniya rekord dərəcədə istilərlə üzləşib

İspaniya rekord dərəcədə istilərlə üzləşib. İyunun 28-də Əndəlüsün Huelva El-Qranado əyalətində havanın temperaturu 46 dərəcəyə yüksəlib. SİA xəbər verir ki, “El Tiempo” qəzetinin məlumatına görə, Montoro və Fuentes-de-Andalucia bələdiyyələrində termometrlər müvafiq olaraq 44 və 43,9 dərəcəni göstərib. Meteoroloqlar yaxın günlərdə regionda temperaturun daha da yüksələcəyi barədə xəbərdarlıq edib. Ekspertlərin sözlərinə görə, bu meteoroloji müşahidələr dövrü ərzində iyun ayında ölkədə qeydə alınan ən yüksək temperaturdur. Qeyd edək ki, bir müddət öncə, Fransa güclü qasırğanın təsirinə məruz qalıb. Sürəti saniyədə 38 metrə çatan küləklər yeddi gün davam edən 40 dərəcəlik istilərdən sonra…

Daha çox

Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb

2020-ci il Vətən müharibəsinin bitməsindən sonra Azərbaycanda mina qurbanlarının ümumi sayı 399 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edilib. “Ermənistanın mina ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı şəkildə imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər və digər insanlar üçün ciddi təhlükə yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır”, – deyə paylaşımda qeyd edilib. Xatırladaq ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

Daha çox

Sumqayıtda narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

26 İyun – Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında maarifləndirici tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir çərçivəsində narkomaniyanın fəsadlarına həsr edilmiş rəsm sərgisinə baxış olub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, Səhiyyə Nazirliyinin Sumqayıt Narkoloji…

Daha çox