Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Balakəndə vətəndaşları qəbul edib. SİA bu barədə agentliyə istinjadən xəbər verir. Məlumata görə, qəbulda Balakən və Zaqatala rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Daha çoxDay: June 30, 2025
“Azərbaycan təkcə regionda deyil,…”
“Azərbaycanın region daxilində və beynəlxalq miqyasda oynadığı mühüm rol, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən sürətli və keyfiyyətli bərpa-quruculuq işləri fonunda aydın şəkildə özünü göstərir. Bu proses, Prezident İlham Əliyevin verdiyi vədlərə sadiqliyini və ölkə rəhbərliyinin güclü siyasi iradəyə sahib olduğunu əyani şəkildə sübut edir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində yeni yolların çəkilməsi, hava limanlarının inşası, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi Azərbaycanın bu bölgədə strateji baxışla sistemli və məqsədyönlü fəaliyyət apardığını nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Azərbaycanın eyni vaxtda…
Daha çoxAli Məclisin növbədənkənar sessiyası keçirilib
İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası keçirilib. Ali Məclisin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsinin daxil edildiyini deyib. Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, qanun layihəsi iyunun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq, ikinci oxunuşda müzakirə edilib. Daxili Nizamnaməyə əsasən, İqtisadi siyasət komitəsi tərəfindən üçüncü oxunuşa hazırlanmış qanun…
Daha çoxNaxçıvanın 2024-cü il büdcəsinin icrası haqqında qanun qəbul edilib
Naxçıvan Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” qanunu qəbul edib. SİA-nın yerli bürosunun məlumatına görə, qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub. Bununla da Ali Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırıb.
Daha çox“Gənclərlə” layihəsi çərçivəsində Azər Aydəmir ilə görüş keçirilib
“İRƏLİ” İctimai Birliyi və “LİBRAFF” Kitab mağazaları şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclərlə” layihəsinin növbəti görüşü baş tutub. SİA xəbər verir ki, layihənin növbəti qonağı tanınmış aktyor və ssenarist Azər Aydəmir olub. O, öz yaradıcılıq yolundan bəhs edərək, aktyorluq sənətinin incəlikləri və peşəkar kino sahəsində qazandığı təcrübələr haqqında fikirlərini bölüşüb. Yerli film sənayesinin bu günü və gələcəyi ilə bağlı maraqlı məqamları vurğulayan Azər Aydəmir, son dövrlərdə əldə edilmiş uğurlardan, müasir kino sənayesinin inkişafı üçün həyata keçirilən dövlət tədbirlərindən bəhs edib, gənc auditoriyaya motivasiya verən çıxışı ilə yadda qalıb. Tədbir…
Daha çoxÇin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib. Bu barədə SİA-ya Çin KİV-inə istinadən xəbər verir. Qeyd olunub ki, yükün çatdırılması “dəmir yolu – dəniz – dəmir yolu” multimodal sxemi üzrə həyata keçiriləcək. Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir. Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.
Daha çoxTürkiyədə meşə yanğınları ilə əlaqədar 50 mindən çox adam təxliyə edilib
Türkiyənin İzmir, Biləcik və Hatay bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar 50 mindən çox insan təhlükəsiz əraziyə təxliyə edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında paylaşım edib. Nazir qeyd edib ki, Biləcikdə 64 yaşayış evi, 3 iş yeri və 20 tövlə, İzmirdə isə 132 yaşayış evi və 1 iş yeri ynğınlardan zərər görüb.
Daha çoxAzərbaycanda daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. SİA KOBİA-ya istinadən xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. “Startap” şəhadətnamələri “İloyal” MMC-nin müştəri loyallığı və rəqəmsal menyu idarəetmə platforması və fərdi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib. Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi…
Daha çoxMilli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub
Milli Məclisin növbədənkənar sessiyasının başa çatacağı tarix məlum olub. SİA xəbər verir ki, sessiyanın son iki iclası qalıb – iyulun 4-ü və 8-də. Xatırladaq ki, parlamentin növbədənkənar sessiyası mayın 30-da 85 deputatın spiker Sahibə Qafarovaya müraciət əsasında çağırılmışdı. Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlament öz iclaslarını keçirir, Milli Məclisin komitə və komissiyalarının iclasları keçirilir, Milli Məclisin deputatları komitə və komissiyaların işində iştirak edirlər. Növbədənkənar sessiya bitdikdən sonra deputatlar tətilə buraxılırlar və onlar iyul ayının 15-dən avqust ayının 30-dək məzuniyyətdə hesab edilirlər.
Daha çoxQohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq. SİA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən məsələ qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Bildirilib ki, əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir: “Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan…
Daha çox