Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gedib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanı Ürgənc şəhərinin beynəlxalq hava limanında Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.

Daha çox

İrandan İlon Maskı məyus edəcək xəbər gəldi

İran İlon Maskın “Starlink” peyklərinin ölkədə istifadəsini qadağan edib. SİA xəbər verir ki, İran parlamenti İsraillə əməkdaşlıq edənlərin cəzalarını artıracaq 9 maddədən ibarət qanun layihəsini təsdiqləyib. Yeni qanun “Starlink” kimi icazəsiz internet sistemlərinin istifadəsini qadağan edəcək, eyni zamanda bunu edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. “Starlink” kimi icazəsiz internetə çıxış sistemlərini almaq, satmaq, istifadə etmək və ya başqalarına təqdim etmək qadağandır. Bu qaydaları pozanları 6 aydan 2 ilə qədər həbs gözləyir. Bu cihazların 10-dan çoxu ilə ticarət edənləri 5 ildən 10 ilə qədər həbs gözləyir.

Daha çox

14 fevral, yoxsa 30 iyun?

“Sevgililər Günü” insan münasibətlərində sevgi və romantikanın ön plana çıxdığı, cütlüklərin bir-birinə olan hisslərini ifadə etdiyi xüsusi bir gündür. Ənənəvi olaraq bu bayram bir çox ölkədə 14 fevral tarixində qeyd olunur və bu tarix Roma dövründə yaşamış xristian şəhid Müqəddəs Valentin ilə əlaqələndirilir. Bu gün bir çox cəmiyyətlərdə güllər, hədiyyələr və romantik jestlərlə zəngin bir bayrama çevrilmişdir. Lakin zamanla, bəzi mədəniyyətlər və cəmiyyətlər alternativ tarixlərdə də sevgi bayramlarını qeyd etməyə başlamışlar. Məsələn, bəzi ölkələrdə və ya ictimai qruplarda 30 iyun tarixi də “ikinci sevgililər günü” və ya sadəcə “alternativ sevgi…

Daha çox

Rusiya ombudsmanı Yekaterinburqda RF Baş Prokurorluğuna vəsatət göndərib

Rusiya ombudsmanı Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanmasının qanuniliyinin və onların hüquqlarına riayət olunmasının yoxlanılması tələbi ilə RF Baş Prokurorluğuna vəsatət göndərib. SİA xəbər verir ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, iyunun 27-də Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinin saxlanılması ilə bağlı araşdırma aparılması üçün Rusiya Federasiyasının Baş Prokurorluğuna vəsatət göndərilib. Söhbət həbsin qanuniliyinin və əsaslı olmasının yoxlanılması, habelə cinayət işi üzrə şübhəli və zərərçəkmiş şəxslərin hüquqlarına riayət olunmasından gedir. Moskalkova onu da qeyd edib ki, o, Sverdlovsk vilayəti üzrə ombudsman Tatyana Merzlyakova ilə daimi əlaqə saxlayır, sonuncu…

Daha çox

“Ailəvi istirahət edənlər üçün giriş qiymətləri ciddi amildir”

“Bu il yay mövsümünün gecikməsi və qeyri-sabit hava şəraiti dənizkənarı obyektlərə, istirahət mərkəzlərinə və ümumiyyətlə turizm sektoruna nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərib. Adətən yay mövsümünün əvvəlindən etibarən müşahidə olunan aktivlik bu il kifayət qədər gec başlayıb. Mövsümün əsas qazanc dövrünün qısalması nəticəsində obyekt sahibləri əvvəlcədən yatırdıqları investisiyaların – məsələn, infrastrukturun bərpası, texniki hazırlıq, işçi heyətinin işə götürülməsi və reklam xərclərinin – geri dönüşünü əldə etməkdə çətinlik çəkirlər. Bu təzyiq nəticəsində bəzi sahibkarlar çıxış yolunu giriş haqqını süni şəkildə yüksəltməkdə görürlər”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.…

Daha çox

İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq

Bu ilin iyul ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur. İyul ayının birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 28-33 dərəcə,…

Daha çox

“İran-İsrail regionda enerji resurslarına və enerji nəqliyyat yollarına yaxın ölkələrdir”

“Bildiyiniz kimi, İran və İsrail arasında baş vermiş son münaqişədən sonra tərəflər arasında atəşkəs əldə olunub. Lakin bu atəşkəsin davamlılığı bir sıra suallar doğurur. Beynəlxalq müşahidəçilər və regional ekspertlər bu razılaşmanı kifayət qədər kövrək hesab edirlər. Hər iki tərəfin siyasi ritorikasında və hərbi mövqelərində davam edən gərginlik, bu atəşkəsin istənilən an pozula biləcəyi ehtimalını artırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, əgər münaqişə yenidən alovlanarsa, bu hadisə ilk növbədə Yaxın Şərq regionunda ciddi geosiyasi dəyişikliklərə gətirib çıxara bilər. İranın dəstəklədiyi qrupların və İsrailin müttəfiqlərinin bu…

Daha çox

Sabah çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən, iyulun 1-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Daha çox

İlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu ilin iyulun 22-də saat 10:00-da Tərtər rayonunda Tərtər və Bərdə sakinləri üçün vətəndaş qəbulu keçirəcək. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir. Qəbul Tərtər rayonu, Heydər Əliyev Mərkəzində keçiriləcək.

Daha çox

“Cəmiyyətlər zorakılıqla deyil, dialoqla, qarşılıqlı anlaşma ilə inkişaf edə bilər”

“Son günlərdə Rusiyanın Yekaterinburq şəhərində baş verən və insan hüquqlarına, cəmiyyətin əmin-amanlığına ciddi şəkildə zidd olan hadisə ictimaiyyətin dərin narahatlığına səbəb olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova deyib. O bildirib ki, biz bu hadisəni qətiyyətlə pisləyir, zorakılığın və haqsızlığın hər növünə qarşı olduğumuzu bir daha bəyan edirik: “Hüququn, ədalətin və insan ləyaqətinin pozulduğu bu cür halların yaşanması nəinki Rusiyada, ümumiyyətlə, bütün dünyada sülhə, birliyə və sosial sabitliyə təhlükə yaradır. Xüsusilə də mülki əhaliyə qarşı yönəlmiş zorakı davranışlar və təzyiqlər heç bir halda qəbul edilə…

Daha çox