Nazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 26 oktyabr 2006-cı il tarixli qərarını ləğv edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Daha çoxDay: June 30, 2025
“Azərbaycan mətbuatı bu gün təkcə ölkə daxilində deyil,..”
“Bildiyiniz kimi, bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd olunacaq. Bu əlamətdar tarix yalnız mətbuat tariximizin deyil, həm də milli maarifçilik və ictimai fikir tariximizin mühüm mərhələsidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr edilən “Əkinçi” qəzeti ilə əsasları qoyulan Azərbaycan milli mətbuatı o dövrdən bu günə qədər xalqımızın maariflənməsində, ictimai şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ideyalarının yayılmasında mühüm rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçərək müxtəlif tarixi dövrlərin çətin…
Daha çoxKilsənin terror yuvası olduğu təsdiqləndi
Paşinyan Eçimədzin kilsəsindəki terrorçuları zərərsizləşdirməklə ermənilərin alnına vurulan “terrorçu toplum” damğasını təmizləməyə cəhd edir Mövcud reallıq ondan ibarətdir ki, erməni toplumu Azərbaycan ərazilərinə köçürülüb, burada möhkəmlənməsindən sonra azərbaycanlılara qarşı amansız soyqırımılar həyata keçiriblər. Bu vəhşiliklərin başında isə çox zaman erməni kilsəsi dayanıb. Erməni kilsəsi müxtəlif xarici dini mərkəzlərdən təlimatlar və hərbi, maliyyə yardımları almaqla onları ağıllı olmayan bədbəxt erməni toplumuna ötürüblər. Nəticədə azərbaycanlılar hədəfə alınıb, öldürülüb, evləri talan olunub, yandırılıb, tarixi abidələri, min ilik yaşı olan memarlıq nümunələri yer üzündən silinib. 1895-1913-cü illərdə Rusiyanın Türkiyədəki konsulu və diplomatı olan general…
Daha çoxBaş nazir Respublika Seysmoloji Xidmət Mərkəzi ilə bağlı qərar imzalayıb
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla siyahıya Azərbaycan Milli Elmlər Akademiyası üzrə hissəsinə Respublika Seysmoloji Xidmət Mərkəzi əlavə edilib.
Daha çoxBəzi ölkələrin əyalətlərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Şimali Makedoniyanın Cənub-Qərbi Statistik regionunda, Niderlandın Qelderland əyalətində blutanq, Albaniyanın Dürres bölgəsində xırdabuynuzlu heyvanların taunu, İtaliyanın Sardiniya regionunda nodulyar dermatit, Polşanın Pomorsk inzibati ərazisində Nyukasl, Uelsin Pembrukşir bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə…
Daha çoxŞuşada 6-cı İƏT biznes-forumu keçiriləcək
İyulun 2-də Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes-forumu keçiriləcək. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq. Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə…
Daha çoxMoskvanın Yekaterinburq faciəsi
Rusiyanın dövlət qurumları baş verənlərə qanuni don geydirməyə çalışırlar Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr gündəmdə ən çox müzakirə olunan mövzular sırasındadır. Rosqvardiyanın törətdiyi vəhşiliklər barədə danılmaz faktlar qarşısında Rusiya hakimiyyətinin çıxılmaz duruma düşəcəyini düşünənlər çox yanıldılar. Moskva adətinə uyğun olaraq hadisədə yenə də hakimiyyət nümayəndələrini yox, qanunsuz olaraq evinə soxulduğu, öldürdüyü, həbs etdiyi insanları haqsız çıxarmağa cəhd edir. Rusiya mətbuatı da qaynar qazana dönüb, az qala azərbaycanlıları və onları həmişə döğma Vətən kimi dəstəkləyən Azərbaycanı günahkar çıxarmağa çalışır. Bakı cəza tələb edir Rusiyanın güc strukturları tərəfindən aparılan axtarışlar və…
Daha çoxDSMF-nin sədri BSTA-nın Bürosunun üzvü seçilib
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bürosunun 130-cu iclası keçirilib. İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev açıq səsvermə yolu ilə BSTA-nın Bürosunun üzvü seçilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iki gün davam edən iclasda assosiasiyanın idarəçiliyində və xidmətlərinin təşkilində büronun əhəmiyyəti vurğulanıb. Büro üzvləri və Texniki Komissiyaların sədr vəzifələrində dəyişikliklər, assosiasiyaya üzvlük vəziyyəti və yeni müraciətlər barədə məlumat verilib. İclasda BSTA-nın Prezidentinin və Baş katibinin fəaliyyəti, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq,…
Daha çoxTDT dövlətlərinin ÜDM-in həcmi 594 milyard dollara çatıb
Qlobal qeyri-müəyyənlik fonunda Türk dövlətləri güclü iqtisadi artım, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib. Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) – birgə ÜDM həcmini 593,8 milyard dollara çatdıraraq qlobal iqtisadiyyatın 2,1 faizini təşkil edib. SİA xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışında qeyd olunub. Məlumata…
Daha çoxAzərbaycan AİİB ilə əməkdaşlığın genişləndirilməsini nəzərdən keçirib
Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) layihələrin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə müzakirələr nazir müavini Səməd Bəşirlinin Pekində AİİB-in 10-cu İllik toplantısı çərçivəsində keçirdiyi görüşdə aparılıb. Toplantıda AİİB-nin 10 il ərzində əldə etdiyi nailiyyətlər, həmçinin üzv ölkələrlə Bankın gələcək fəaliyyəti nəzərdən keçirilib. İllik Toplantı çərçivəsində təşkil olunan “Müdirlərin dəyirmi masası”nda naziri müavini çıxış edərək, Bankla uğurlu əməkdaşlığı vurğulayıb. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastruktur vasitəsilə regional bazarların əlaqələndirilməsindəki rolu qeyd olunub. Bankla…
Daha çox