Zurabişvili müxalifəti birləşməyə çağırdı

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə hökumət əleyhinə mitinqdə çıxış edərək müxalifəti birləşməyə çağırıb. SİA xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb. O qeyd edib ki, artıq yeddi aydır ki, Gürcüstanda etirazlar davam edir: “Gürcüstan hakimiyyəti müxalifəti qorxuda bilmir və məğlubiyyətə məhkumdur. Hökumət müxalifəti gözdən salmağa çalışır, lakin bütün müxalifət qüvvələri birliyi qoruyub saxlasa, bu, nəticə verməyəcək. Yalnız birlik sayəsində ölkə xilas ola bilər”. Xatırladaq ki, iyunun 24-də Tbilisi məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hakimiyyəti dövründə (2004-2013) cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiyi üçün müxalifətdə olan “Strategiya…

Daha çox

İspaniyada havanın temperaturu +46ºC-ə yüksəldi

İspaniyada keçən həftə sonu temperatur rekord həddə – +46ºC-ə yüksəlib. SİA xəbər verir ki, bu barədə “El Tiempo” məlumat yayıb. Bildirilib ki, Əndəlüsün Huelva əyalətində yerləşən El Qranadoda şənbə günü, iyunun 28-də termometr +46°C göstərib. “Bu, rekordlar başlayandan bəri iyun ayında İspaniyada qeydə alınan ən yüksək temperaturdur”, – agentlik bildirib. Montoro və Fuentes de Əndəlüs bələdiyyələri +44°C və +43.9°C temperaturla El Qranadodan bir qədər geridə qalıblar. İsti dalğasının pik nöqtəsi daha da böyük istilərin olacağı bazar və bazar ertəsi arasında gözlənilir.

Daha çox

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyədə meşə yanğınları ilə mübarizə fasiləsiz davam edir. Son vəziyyətlə bağlı açıqlama verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, iyunun 29-da ölkə üzrə 77 yanğın hadisəsi qeydə alınıb. Onlardan 53-ü meşəlik ərazilərdən kənarda baş verib. Doqquz bölgədə alovlar şiddətlənib, 3 yerdə yanğın davam edir. SİA xəbər verir ki, nazir Manisanın Akhisar, İzmirin isə Kuyucak və Doğanbey rayonlarında yanğınların davam etdiyini, hər üçünün ciddi xarakter daşıdığını bildirib. “Doğanbey və Kuyucak bölgələrində gecə boyunca küləyin sürətinin saatda 40-50 kilometrə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən, əməkdaşlar yüksək hazırlıq vəziyyətindədir. Sözügedən…

Daha çox

Müharibədə nəvəsini itirən rusiyalı qadın canlı yayımda alçaldılıb…

Yaşlı qadına əvvəlcə qışqırıblar, sonra isə proqramla əlaqəni kəsiblər… …Və bu arada Rusiyada, dəqiq desək rus efirində qalmaqal yaşanıb. “Komsomolskaya Pravda” radiosunun efirində öldürülmüş rus əsgərlərindən birinin nənəsi Ukraynadakı müharibədə həlak olanların ailələrinin üzləşdiyi əsl cəhənnəmdən danışıb. Deməli, SİA-nın əldə etdiyi məlumata görə, Dialoq.UA yazır ki, əvvəlcə ona qışqırıblar, sonra efirdən çıxarıblar. Və radiostansiyaya zəng edən qadın çarəsiz qalıb. …Bizim, Rusiya vətəndaşlarının bir sualı var: niyə ölən rus əsgərlərinə humanist münasibət yoxdur? Nə üçün həlak olan veteranlarımızın cəsədləri çirkli tarlalarda, meşələrdə, xarabalıqlarda altı ay, bəzən…

Daha çox

Deyirəm, bəs, “o əjdahadan bizdə niyə” yoxdur..?

Rusiya Səhiyyə Nazirliyinin əmri sentyabrın 1-dən qüvvəyə minir: belə ki, ölkədə feldşer və orta tibb işçiləri bölgə həkimlərinin vəzifələrini yerinə yetirəcək. Səbəb: ölkədə işçi çatışmır… …Mütəxəssis çatışmazlığı və ya onların “müvəqqəti olmaması” halında, Rusiyada feldşerlər və orta tibb işçiləri bölgə həkimlərinin vəzifələrini yerinə yetirə biləcəklər. Deməli, Rusiya Səhiyyə Nazirliyinin əmri sentyabrın 1-dən qüvvəyə minir. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yazır. Mətndə qeyd olunur ki, tibb təşkilatının rəhbəri feldşer və orta tibb işçilərinə yeni səlahiyyətlər verə biləcək. Və onlar terapevtləri, pediatrları və mama-ginekoloqları əvəz…

Daha çox

Ölənlərin sayı 30-u ötüb və onların yarısı uşaqlardır…

Pakistanın şimalında son 36 saatda daşqınlar nəticəsində ölənlərin sayı 30-u ötüb. Və ölənlərdən hər ikincisi uşaqdır. SİA-nın məlumatına görə, bunu The Guardian yazır. Qeyd olunur ki, qurbanların siyahısını ölümcül tələyə düşmüş turistlər ailəsi genişləndirib. Belə ki, Svat çayının daşması zamanı böyüklər və uşaqlar özlərini kiçik bir ərazidə tapıblar. Qeyd olunur ki, ailə bir saatdan çox xilasediciləri gözləyib, lakin xilasedici-filan gəlməyib və onların hamısını güclü axın aparıb. Qeyd edək ki, 240 milyondan çox insanın yaşadığı Pakistanda daşqınlar nadir hadisə deyil və tez-tez böyük insan itkisinə səbəb olur. Xatırladaq ki, üç il…

Daha çox

Albaniyada unikal hidrogen yatağı aşkar edilib…

O, birbaşa xrom şaftın altında yerləşir. İqlim dəyişikliyi ilə əlaqədar olaraq alimlər karbon-neytral yanacağın əsası ola biləcək təbii hidrogen mənbələrinin axtarışına böyük diqqət yetirirlər. Fransız geoloqları Albaniyada unikal hidrogen yatağı aşkar ediblər. Ecoportal-ın yazdığı kimi, kəşfin dəyəri ondan ibarətdir ki, hidrogen orada atmosferə sızır və bu, hasilat prosesini asanlaşdıracaq. SİA xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmaya görə, Albaniyadakı Bulqiz xrom mədəninin altında dərinlikdə 50 min tona qədər hidrogen olan hidrogen yatağı yerləşir. O, yer qabığının bir vaxtlar okeanın dibi olan və milyonlarla il…

Daha çox

Qərbi Nil qızdırmasına 11 yoluxma halı aşkarlanıb…

Rusiya Federasiyasının Samara vilayətində 11 nəfərdə Qərbi Nil qızdırması aşkarlanıb. SİA-nın məlumatına görə, təhlükəli virus bölgəyə turistlər tərəfindən gətirilib. Xəstəliyə yoluxanlar arasında 7 uşaq da var. Regional Rospotrebnadzor xəbər verir ki, Samarada beş, Voljski rayonunda daha iki, Çapayevsk, Novokuybışevsk və Kinelski rayonunda bir nəfər aşkar edilib. İdarə xatırladıb ki, virus ağcaqanad və gənə dişləməsi ilə ötürülür. İlkin məlumata görə, xəstələr xaricdə tətildə olarkən virusa yoluxublar. Xəstəliyin müalicəsinə gəlincə, Qərbi Nil qızdırmasının müalicəsi yoxdur. Həkimlər özlərini müşahidə və simptomatik müalicə ilə məhdudlaşdırırlar. Semptomların özləri yüksək atəş, ağrı, konvulsiyalar və beyin şişməsidir.…

Daha çox

Rusiyanın “Qazprom”u ağır vəziyyətdədir…

Satılmamış 60 milyard kubmetr qazla nə edəcəklərini bilmirlər… …Avropa bazarını itirəndən və Çinlə yeni müqavilə bağlaya bilmədikdən sonra “Qazprom” on milyardlarla kubmetr qaz izafi toplayıb və hakimiyyət ondan necə istifadə olunacağını anlamağa çalışır. SİA-nın əldə etdiyi məlumata görə, Reuters Rusiya rəsmilərinə və şirkətin top-menecerlərinə istinadən xəbər verir. Ötən il “Qazprom”un hasilatı 416,19 milyard kubmetr təşkil edib ki, bunun da yalnız 355,23 milyardı xarici və daxili bazarlarda satılıb. Nəticədə “Qazprom”da 60 milyard kubmetrə yaxın satılmamış qaz qalıb – bu, bəzi qaz hasil edən ölkələrin illik hasilatı…

Daha çox