Londonun mərkəzində yerləşən məşhur “Piccadilly Circus” meydanında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki gənc xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. SİA “Independent”ə istinadla xəbər verir ki, BMW markalı avtomobil yüksək sürətlə piyadalar üçün nəzərdə tutulan əraziyə daxil olaraq çevrilib. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub, meydan ətrafı təhlükəsizlik məqsədilə bağlanıb. Avtomobil daha çox Eros heykəli kimi tanınan məşhur “Shaftesbury” memorial fəvvarəsinə doğru yönəlsə də, fəvvarəyə çatmadan səkidə dayanıb. Qəzada xəsarət alan hər iki şəxs 22 yaşındadır. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Daha çoxDay: June 30, 2025
Külək, leysan… – Bu günün hava proqnozu
Külək, leysan… – Bu günün hava proqnozu
Daha çoxİtaliyada yüzlərlə aviareys ləğv olundu
İtaliyada idarəetmə mərkəzində yaranan problem ölkənin şimal-qərbindəki hava limanlarında yüzlərlə aviareysin ləğvinə səbəb olub. SİA xəbər verir ki, İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkətinin Milandakı İdarəetmə Mərkəzinin məlumat ötürülməsi sistemindəki yavaşlama səbəbindən əməliyyatlar dayanıb. Milan, Berqamo, Turin və Genuya hava limanlarında ümumilikdə 320-dək təyyarənin qalxması və ya enişi dayandırılıb. Nəticədə hava limanlarında sərnişin sıxlığı yaranıb. Təyyarələrin bir çoxu paytaxt Romanın “Fiumicino” və “Ciampino” hava limanlarına yönləndirilib. “ENAV” şirkətindən bildirilib ki, texniki-əməliyyat heyətinin vaxtında müdaxiləsi sayəsində problem həll olunub. Qısamüddətli fasilədən sonra ilk uçuşlar bərpa olunub. Ölkənin şimal-qərbində hava hərəkəti…
Daha çoxAğdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Ağdam rayonunun Kəngərli kəndinə yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 37 ailə – 153 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib,…
Daha çox“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür
“Rusiyada FTX əməkdaşlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı əməliyyat sadəcə məişət kriminalı deyil — bu, dövlət zorakılığıdır və beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Yekaterinburq şəhərində azərbaycanlıların Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülərək öldürülməsi barədə danışarkən deyib. Deputat qanlı olayı qətiyyətlə pisləyərək bildirib ki, bu ağır kriminal hadisəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən idarə olunan uzunmüddətli nifrət siyasətinin nəticəsidir. “Yekaterinburqda azərbaycanlılara qarşı törədilən amansızlıq, hüquq-mühafizə adı altında həyata keçirilən qanunsuz zorakılıq faktları Rusiyanın milli konstitusiyasına, həmçinin bu ölkənin imzaladığı…
Daha çox“Bu halda sanksiyaları ləğv edəcəyəm”
“Sanksiyalar hələ də qüvvədədir. Amma üzərlərinə düşəni edib sülhpərvər olsalar və bizimlə əməkdaşlıq etsələr, sanksiyaları ləğv edəcəyəm”. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların ləğv edilib-edilməyəcəyi ilə bağlı suala cavabında deyib. Tramp, həmçinin İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalarda hər iki tərəfin çox yorulduğunu və ABŞ-nin İrana hava hücumlarının uğurla nəticələndiyini bildirib. ABŞ lideri İranın hücumlardan əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair iddiaları da rədd edib: “Onlar yaşamaq üçün özlərindən başqa heç nəyi tərpətmədilər. Etdiyimizin də nə qədər mümkün ola biləcəyini düşünmürdülər”.
Daha çoxRusiya ordusu Zelenskinin bunkerini məhv etdi
Rusiyann ordu qüvvələri Ukraynanın Lvov şəhəri yaxınlığında prezident Vladimir Zelenskinin bunkerini məhv edib. SİA xəbər verir ki, belə bir iddia ilə “Gazete.ru” çıxış edib. Bildirilib ki, Lvovun kənarında sovet dövründə tikilmiş qorunan komanda məntəqəsi dəqiq zərbə nəticəsində sıradan çıxıb. Məlumata görə, bu kompleks Varşava Müqaviləsi ölkələrinin ordularının ehtiyacları üçün yaradılıb və ciddi mühəndis strukturu olub.
Daha çoxMakrondan Pezeşkiana çağırış
Makrondan Pezeşkiana çağırış
Daha çoxZelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iyunun 29-da həyata keçirdiyi gecə hücumunu şərh edərkən bildirib ki, zərərçəkənlər arasında uşaqlar da var. Bu barədə SİA Zelenskinin Teleqram kanalına istinadla xəbər verir. Dövlət başçısının sözlərinə görə, ölkə üzərində gecə ərzində 477 dron qeydə alınıb. Onların əksəriyyəti Rusiya-İran istehsalı olan “Şahed” dronları və 60 müxtəlif tipli raket olub. “Ruslar həyatı təmin edən hər şeyə zərbə endiriblər. Smelada yaşayış binasına da raket dəyib, körpə uşaq yaralanıb. Fövqəladə xidmətlər ehtiyac duyulan hər yerdə işləyib”, – deyə Zelenski vurğulayıb. Prezident həmçinin gecə ərzində yeddi hava hədəfini vurmuş…
Daha çoxPakistanda musson yağışları nəticəsində 45 nəfər ölüb
Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları və bununla bağlı insidentlər nəticəsində azı 45 nəfər həlak olub. SİA-nın məlumatına görə, bu barədə “Geo TV” xəbər yayıb. Məlumata görə, ən çox qurbanlar – 21 nəfər Xeyber-Paxtunxva əyalətində qeydə alınıb. Sind, Bəlucistan və Pəncab əyalətlərindən də ölüm xəbərləri gəlib. Telekanalın məlumatına görə, güclü yağış və mümkün daşqın riski şənbə gününə qədər davam edəcək. Qeyd edilir ki, qasırğalar və tufan bir sıra tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə ziyan vura bilər. Dağlıq ərazilərdə baş verən torpaq sürüşməsi…
Daha çox