Baş prokuror Kamran Əliyev iyulun 4-də Yardımlıda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidməti məlumat verib. Məlumata əsasən, Baş prokuror cari il iyulun 4-də, saat 10:00-da Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Yardımlı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki…
Daha çoxDay: June 30, 2025
Almaniya XİN başçısı Kiyevdə səfərdədir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə elan olunmamış səfər edib. SİA xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb. Y.Vadefuhl Almaniya hökumətinin Ukraynaya dəstəyə tam fokuslanmağı, cümlədən müasir hava hücumundan müdafiə vasitələri və digər silahlarla təminatı, humanitar və iqtisadi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcəyini iddia edib. DPA agentliyinin məlumatına görə, səfərdə naziri Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edirlər.
Daha çoxBəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunur
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 mm-dir. Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir. Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25…
Daha çoxSosial Dəstək Mərkəzinin zərəri 22 % azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2024-cü ili 122 min manat zərərlə başa vurub. SİA Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 21,9 % azdır. Bununla belə, qurumun yığılmış zərəri 22,6 % artaraq 661 min manata çatıb. Ötən il Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 874 min manat (əvvəlki ilə nisbətən 0,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 581 min manat (13,9 % çox), sosial xidmət və maddi yardım xərcləri 142 min manat (42,3 % az), köhnəlmə və amortizasiya xərcləri 197…
Daha çoxFransa Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə nüvə tullantıları daşıyır
“Environmental Protection First (EPF)” Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb. SİA bəyanatın tam mətnini təqdim edir: “Biz – “Environmental Protection First (EPF)” Koalisiyasının üzvləri Fransanın nüvə yanacağı nəhəngi – “Orano” dövlət şirkətinin urantərkibli radioaktiv tullantıların bir hissəsini Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsini Azərbaycana qarşı yeni ekoloji müharibə kimi qiymətləndiririk. Fransa mediasının məlumatlarına (https://courrierfrance24.fr/orano-envoie-secretement-des-dechets-dangereux-en-armenie-et-fait-des-dons-mysterieux-a-une-fondation-liee-au-premier-ministre-armenien) görə, bu prosesə 2025-ci ilin iyunundan başlanılıb, nüvə tullantılarının ilk hissəsi artıq Ermənistanın Dilican Milli Parkının ərazisinə yerləşdirilib. Göyçə gölünün şimalında olan bu park bütünlüklə…
Daha çoxƏmək yarmarkalarında daha 60 vakansiya təqdim olunub
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir. SİA xəbər verir ki, agentlik Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirib. Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub. Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Daha çoxAzərbaycan Mərkəzi Bankının valyuta məzənnələri AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, avronun məzənnəsi 1,03 % artaraq 1,9944 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,57 % azalaraq 2,1616 manat təşkil edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,9944 100 Rusiya rublu 2,1616
Daha çoxFələstin Administrasiyasından beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ
Fələstin Administrasiyası beynəlxalq ictimaiyyətə çağırış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Administrasiyası beynəlxalq ictimaiyyəti İsrailin işğal olunmuş İordan çayının qərb sahilində yüzlərlə hektar ərazini ələ keçirmək qərarının qarşısını almaq üçün müdaxilə etməyə çağırıb. Fələstin Xarici İşlər Nazirliyi İsrailin Hebronun cənubundakı Masafir Yatta bölgəsində yüzlərlə hektar ərazini ələ keçirmə qərarı ilə bağlı yazılı açıqlama verib. Bəyanatda, Masafir Yattada yüzlərlə hektar ərazinin və yolların ələ keçirilməsini nəzərdə tutan qərarın bütün bölgəyə “təhlükəli” təsirləri olacağı və bu addımın Qərb Şəriyənin ilhaqı planının bir hissəsi olaraq bölgə sakinlərinin çıxarılması və İsrail…
Daha çoxPakistan antiterror əməliyyatı keçirdi
Pakistanın Bəlucistan əyalətində antiterror əməliyyatı keçirilib. SİA xəbər verir ki, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib.
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 5. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
Daha çox