“İranla İsrail arasında davam edən 12 günlük müharibə hərb tarixində yeni bir müharibə növü kimi qaldı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bu müharibə sadəcə hava hücumu vasitələri ilə edilən və raket mübadiləsi ilə həyata keçirilən müharibə kimi yadda qaldı: “İlk baxışda bu müharibə regionda sanki kardinal dəyişikliklər etmədi kimi görünsə də, amma dərin qatlarda, şübhəsiz ki, Yaxın Şərqin gələcəyi baxımından yeni reallıqlar formalaşdıracaq qədər əhəmiyyətli müharibə oldu. Nəzərə almaq lazımdır ki, biz sadəcə uzun illərdir müxtəlif formalarda İranla İsrail arasında davam edən müharibənin yeni…
Daha çoxDay: June 30, 2025
Sosial Xidmətlər Agentliyinin mətbuat konfransı keçirilir
Sosial Xidmətlər Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Agentliyin İdarə Heyyətinin sədri Vüqar Behbudov ötən dövr ərzində sosial müdafiə sahəsində gördüyü işlər, əldə olunan nəticələr və gələcək hədəflər barədə geniş məlumatları media nümayəndələrinə çatdırıb. Həmçinin tədbirdə Agentliyin regional və beynəlxalq əməkdaşlıq layihələri, vətəndaşların sosial rifahının yaxşılaşdırılması sahəsində atılan addımlar və xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər də diqqətə çatdırılıb. Mətbuat konfransında media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb. Sosial Xidmətlər Agentliyi gələcəkdə də sosial sahədə səmərəli fəaliyyətini davam etdirməyi,…
Daha çox5 ildə valideyni itirmiş 283 şəxsə ev verilib
“Son 5 ildə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 283 nəfərə ev verilib”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 5 ildə yaşı 65-dən yuxarı olan şəxslərə sosial xidmətlər göstərilib: “3 580 vətəndaşa evdə səyyar xidmət göstərilib. Onların arasında 100 yaşı olan şəxslər var”. Sədr əlavə edib ki, 2023-25-ci illərdə cəzasının bitməsinə 3 ay qalmış 844 nəfərə sosial adaptasiya tədbirləri görülüb.
Daha çox300-dən çoz şagirdin dərsə davamiyyəti bərpa olunub
“Son iki ildə 300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, son 2 ildə Agentlik və MÜTDA bu sahədə tədbirlərini davam etdirir.
Daha çoxÖlkədə 444 nəfər uşaq evində yaşayır
“Hazırda ölkədə 444 nəfər uşaq evində yaşayır”. SİA-nın verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 1077 nəfər nazirliyin tabeliyinə verildikdən sonra onlara sosial xidmətlər göstərilib: “Bundan başqa hazırda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb”.
Daha çoxPaytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 4,7 faiz artıb
Cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 13 milyard 761,5 milyon manat olub. Bakı şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 faiz artaraq 7 milyard 508,1 milyon manata, qeyri-ərzaq malları isə 3,8 faiz artaraq 6 milyard 253,4 milyon manat təşkil edib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 faiz, fərdi sahibkarlar, bazar və…
Daha çoxBu günədək 737 uşaq övladlığa verilib
Bu günədək 737 uşaq övladlığa verilib. SİA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, onlardan 371-i oğlan, 186-sı qızdır.
Daha çoxMərakeş Krallığı Parlamentinin nümayəndələri Zəfər parkını ziyarət ediblər
Azərbaycanda rəsmi səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti iyunun 30-da Bakıdakı Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, qonaqlar parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüblər. Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr,…
Daha çoxABŞ-da təyyarə qəzası olub
ABŞ-ın Ohayo ştatında “Cessna 441” yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla, 6 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə “Fox 8” telekanalı məlumat yayıb. Qeyd olunub ki, Montana ştatının Bozmen şəhərinə uçan təyyarə havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb. Hadisə Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura (NTSB) və ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən araşdırılır.
Daha çox“Rusiya tərəfinin xalqımıza qarşı həyata keçirdikləri təəssüf doğurur”
“Tarix boyu Azərbaycan xalqı qonşularla münasibətdə həmişə xeyirxahlıq, səmimiyyət və insani münasibətlər nümayiş etdirib. Azərbaycan ərazisində mövcud olan dövlətlər, o cümlədən Səfəvi imperiyası heç bir xalqa qarşı zülm, dini ayrı-seçkilik, şovinizm və diskriminasiya siyasəti həyata keçirməmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov deyib. O bildirib ki, çox təəssüflər olsun ki, son günlərdə Rusiya Federasiyası ərazisində baş verən hadisələr ayrı-ayrı insanlara qarşı yox, bütövlükdə türk-müsəlman dünyasına qarşı milli ayrı-seçkiliyin əyani nümunəsidir: “Azərbaycana məxsus təyyarəyə qarşı həyata keçirilən terror aktı göstərdi ki, Rusiya Federasiyasında müəyyən…
Daha çox