Kəndə 37 ailə – 153 nəfər köçürüldü Ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər və torpaqlarımızın işğalı zamanı ermənilər təcavüzkar siyasət həyata keçirərək, insanlıq əleyhinə vəhşilik törətmiş oldular. Həmin illərdə torpaqlarımızın işğalı ilə yanaşı, mülki əhaliyə böyük ziyan vurulmuş, tarix-mədəniyyət abidələrini, infrastrukturu dağırtmış, ağılasığmaz vəhşiliklərə imza atmışlar. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılmışdır. Erməni barbarlığının nəticəsi olaraq, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilmişdir. Müharibədən sonrakı dövrdə torpaqlarımıza qayıdarkən erməni təcavüzkarlarının hansı işləri görməsi insanları dəhşətə…
Daha çoxDay: June 30, 2025
“Texniki nasaz olan avtomobillər çox ciddi təhlükə yaradır”
“Texniki nasaz avtomobillər yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Belə nəqliyyat vasitələri qəza ehtimalını artırmaqla yanaşı, digər sürücülərin və sərnişinlərin həyatını da təhlükə altına atır. Ən çox rast gəlinən hallar arasında əyləc sistemində nasazlıq, işıqlandırma vasitələrinin işləməməsi, sükan idarəetməsində problemlər və mühərrik nasazlıqları yer alır”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, bu cür nasazlıqlar sürücünün nəqliyyat vasitəsini idarə etməsini çətinləşdirir və yolda gözlənilməz vəziyyətlərə səbəb olur: “Eyni zamanda, texniki cəhətdən nasaz avtomobillərin yolun ortasında dayanması və ya hərəkətə…
Daha çoxSahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarova parlament nümayəndə heyəti ilə birlikdə Özbəkistana səfər edib. SİA yerli KİV-ə istinadən xəbər verir ki, səfərin məqsədi 1-2 iyul tarixlərində Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak etməkdir. Nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva qarşılayıb. Senatın məlumatına görə, forumda Özbəkistan və Azərbaycan parlamentlərinin nümayəndələri ilə yanaşı, hər iki ölkənin Gənclər parlamentlərinin nümayəndələri də iştirak edəcəklər. Forumun məqsədi parlamentlərarası əməkdaşlığı daha da dərinləşdirmək, qanunvericilik fəaliyyəti və parlament nəzarətinin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparmaq, həmçinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların…
Daha çoxTaksilərdə kondisioner məcburidir?
Taksilərdə kondisioner məcburidir? İsti yay günlərində taksi ilə gedərkən kondisionerin işləməsi sərnişin üçün sadəcə rahatlıq deyil, bəzən hətta zərurətə çevrilir. Amma görəsən, bu sistemin işlək olması rəsmi olaraq məcburidirmi? Bu sual həm Azərbaycanda, həm də digər ölkələrdə aktualdır. Gəlin, bu mövzuya geniş və anlaşıqlı şəkildə baxaq. SİA mövzu ilə bağlı araşdırma aparıb. Azərbaycanda vəziyyət necədir? Son illərdə Azərbaycanda taksilərlə bağlı qaydalar xeyli sərtləşdirilib. Əsas məqsəd sərnişinlərə daha keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdir. Məhz bu səbəbdən 2024-cü ildə Nazirlər Kabinetinin verdiyi qərara əsasən, bütün taksilər kondisioner sistemi ilə təchiz olunmalıdır. Qanun…
Daha çoxVilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək
Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 30-da Astara Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.07.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Daha çoxSon 4 ildə dövlət qulluqçularının maaşı 62% artıb
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, son 4 ildə dövlət qulluqçularının sayı 2,6% və ya 688 nəfər artıb. SİA xəbər verir ki, ötən ilin sonuna olan rəqəmlərə əsasən, ölkədə dövlət qulluqçularının sayı son bir ildə 224 nəfər artaraq 27 360 nəfər olub. Onlardan 69,7%-ni kişilər, 30,3%-ni isə qadınlar təşkil edib. Məlumat üçün bildirək ki, son 4 ildə dövlət qulluğunda çalışan kişilərin sayı 1,3% və ya 256 nəfər azalıb, qadınların sayı 12,9% və ya 944 nəfər artıb. Son bir ildə isə kişi dövlət…
Daha çoxMüzəffər Ordumuz milli sərvətimizdir
Dövlət yaratmaq üçün əsas və vacib şərtlər: ərazi, əhali və milli dəyərlər. İstənilən dövlətin təhlükəsizliyinin qorunması asılılığı isə lider və orduya bağlıdır. Güclü, qüdrətli və taktik imkanlara malik olmaq hər bir milli ordunun funksiyasıdır. Bunla belə,ordunun gücü ilk müdafiə xarakterli olmalıdır. Tarixi proseslər göstərir ki, işğalçılığı və təcavüzkar məqsədləri qarşısında vəzifə kimi qoyan ordular tez ya gec biabırçı məğlubiyyətə düçar olurlar. Lider realist, iradəli və praqmatik olduqda dövlətin təhlükəsizliyi üçün hədəflər vaxtında müəyyən olunur, digər təsisatlar kimi ordu da təhlükəsizlik üçün zəruri tədbirlər görməyi vaxtında və layiqincə bacarır.Müasir və müstəqil…
Daha çoxQazaxıstan hərbi nümayəndələri NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar
Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim olunub. Sonra qonaqlar ƏİK taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar. Nümayəndə heyətinə ƏİK bölmələri haqqında brifinq təqdim olunub,…
Daha çoxSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 30-dan iyulun 1-də keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu…
Daha çox5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb
Bu ilin yanvar-may aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb. Bu barədə SİA-ya “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, nəticədə qatardakı sərnişinlərin həyatına təhlükə yaranır, qatarlara və infrastruktura ziyan dəyir və bəzən qatar təcili dayanma etdiyi üçün qrafikdə gecikmələr baş verir. “Ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, ADY hərəkətin təhlükəsizliyinə yaradılan risklərin tamamilə aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu cür hallarla mübarizə aparmaq üçün davamlı maarifləndirmə işləri və dəmir yollarının ətrafında yaşayan sakinlərlə profilaktik söhbətlər aparılır,…
Daha çox