Daha bir ölkədə niqab taxmağı qadağan edib…


Qazaxıstanda ictimai yerlərdə üzü tamamilə örtən paltarların geyinilməsini qadağan edən qanun qüvvəyə minib.

SİA-nın məlumatına görə, sənədi prezident Kasım-Jomart Tokayev imzalayıb.

…“Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunun mətninə əsasən, niqab qadağası bir sıra istisnalara şamil edilmir.

Üz, xidməti vəzifələri yerinə yetirərkən, tibbi səbəblərdən, əlverişsiz hava şəraitindən qorunmaq üçün, mülki müdafiə məqsədləri üçün, habelə qanuna uyğun olduqda, idman və mədəni tədbirlərdə iştirak edərkən örtülə bilər.

Normanın pozulması inzibati məsuliyyətə səbəb ola bilər, baxmayaraq ki, konkret cəzalar hələ müəyyən edilməmişdir. Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov bu təşəbbüsü dəstəkləyərək, onun ictimai təhlükəsizlik baxımından əhəmiyyətini vurğulayıb.

…Çünki bu, ilk növbədə təhlükəsizlik məqsədi daşıyır. Gizlədəcək bir şey yoxdursa, niyə üzünü örtməlisən? – o, mediaya şərhində bildirib.

Nazirin sözlərinə görə, təklif Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə müvafiq komitənin iclaslarında hərtərəfli müzakirə olunub ki, bu da qanunun qəbuluna balanslaşdırılmış yanaşmanın vacibliyini vurğulayır.

Oxşar normativ akt daha əvvəl Qırğızıstanda təsdiqlənib.

Bu qanuna görə, vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyə mane olan geyimdən istifadə cəzalandırılır: qaydanı pozanlar 20 min som cərimə ilə üzləşirlər. Lakin bu məhdudiyyətlər peşə fəaliyyətinə görə üzlərini örtməyə məcbur olan işçilərə şamil edilmir.

Bu yaxınlarda Rusiyada da təhlükəsizlik baxımından niqab taxmağı qadağan etmək çağırışı olub.

Dövlət Dumasının Regional Siyasət və Yerli İdarəetmə Komitəsinin sədr müavini Mixail Matveyev Milli Xəbərlər Xidmətində qeyd edib ki, bütün Mərkəzi Asiya dövlətlərində niqab taxmaq qadağandır. Eyni zamanda, onun sözlərinə görə, Rusiyada belə məhdudiyyətlər yoxdur və bu geyim əşyasından maneəsiz istifadə etmək olar.

Əli Babayev

Əlaqəli Xəbərlər