“Əbədi məşəl”də ayaqlarını qızdıran ruslar həbs ediliblər…


…Stavropol diyarında “Əbədi məşəl”də ayaqlarını qızdıran kişilər məhkum ediliblər.

SİA xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat verib. Təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci (“Bir qrup şəxs tərəfindən Rusiyanın hərbi şöhrət rəmzlərinin təhqir edilməsi”) maddəsi ilə təqsirli biliniblər.

Məhkəmənin müəyyən etdiyi kimi, Kurskaya kəndində qonşu rayondan olan iki nəfər Vətəndaş və Böyük Vətən müharibələri sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin ərazisindəki “Əbədi məşəl” memorialının qarşısında ayaqlarını isidirmişlər.

Bununla da Vətən müdafiəçilərinin xatirəsini təhqir ediblər. Hadisədən sonra müttəhimlər qaçaraq federal axtarışa verilib. İstintaq Komitəsinin müstəntiqləri və Daxili İşlər Nazirliyinin əməkdaşları onların yerini müəyyən edərək, saxlayıblar. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə onları 2,5 il müddətinə cəzaçəkmə müəssisəsində cəza təyin edib.

Bundan əvvəl rusiyalı nasist yeniyetmənin Qələbə bayrağının bir nüsxəsini cıraraq yaxalandığı bildirilmişdi.

Əli Babayev

Əlaqəli Xəbərlər