“Atan kazaklardır” – Rusiyada baş verənlər 100 il sonra da mövcud olan rasizmin təzahürüdür

“Rusiyada FTX əməkdaşlarının azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı əməliyyat sadəcə məişət kriminalı deyil — bu, dövlət zorakılığıdır və beynəlxalq hüququn açıq şəkildə tapdanmasıdır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Yekaterinburq şəhərində azərbaycanlıların Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülərək öldürülməsi barədə danışarkən deyib. Deputat qanlı olayı qətiyyətlə pisləyərək bildirib ki, bu ağır kriminal hadisəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən idarə olunan uzunmüddətli nifrət siyasətinin nəticəsidir. “Yekaterinburqda azərbaycanlılara qarşı törədilən amansızlıq, hüquq-mühafizə adı altında həyata keçirilən qanunsuz zorakılıq faktları Rusiyanın milli konstitusiyasına, həmçinin bu ölkənin imzaladığı…

Daha çox

“Bu halda sanksiyaları ləğv edəcəyəm”

“Sanksiyalar hələ də qüvvədədir. Amma üzərlərinə düşəni edib sülhpərvər olsalar və bizimlə əməkdaşlıq etsələr, sanksiyaları ləğv edəcəyəm”. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların ləğv edilib-edilməyəcəyi ilə bağlı suala cavabında deyib. Tramp, həmçinin İsrailin İrana hücumları ilə başlayan qarşıdurmalarda hər iki tərəfin çox yorulduğunu və ABŞ-nin İrana hava hücumlarının uğurla nəticələndiyini bildirib. ABŞ lideri İranın hücumlardan əvvəl zənginləşdirilmiş uranı başqa yerə daşıdığına dair iddiaları da rədd edib: “Onlar yaşamaq üçün özlərindən başqa heç nəyi tərpətmədilər. Etdiyimizin də nə qədər mümkün ola biləcəyini düşünmürdülər”.

Daha çox

Rusiya ordusu Zelenskinin bunkerini məhv etdi

Rusiyann ordu qüvvələri Ukraynanın Lvov şəhəri yaxınlığında prezident Vladimir Zelenskinin bunkerini məhv edib. SİA xəbər verir ki, belə bir iddia ilə “Gazete.ru” çıxış edib. Bildirilib ki, Lvovun kənarında sovet dövründə tikilmiş qorunan komanda məntəqəsi dəqiq zərbə nəticəsində sıradan çıxıb. Məlumata görə, bu kompleks Varşava Müqaviləsi ölkələrinin ordularının ehtiyacları üçün yaradılıb və ciddi mühəndis strukturu olub.

Daha çox

Zelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iyunun 29-da həyata keçirdiyi gecə hücumunu şərh edərkən bildirib ki, zərərçəkənlər arasında uşaqlar da var. Bu barədə SİA Zelenskinin Teleqram kanalına istinadla xəbər verir. Dövlət başçısının sözlərinə görə, ölkə üzərində gecə ərzində 477 dron qeydə alınıb. Onların əksəriyyəti Rusiya-İran istehsalı olan “Şahed” dronları və 60 müxtəlif tipli raket olub. “Ruslar həyatı təmin edən hər şeyə zərbə endiriblər. Smelada yaşayış binasına da raket dəyib, körpə uşaq yaralanıb. Fövqəladə xidmətlər ehtiyac duyulan hər yerdə işləyib”, – deyə Zelenski vurğulayıb. Prezident həmçinin gecə ərzində yeddi hava hədəfini vurmuş…

Daha çox

Pakistanda musson yağışları nəticəsində 45 nəfər ölüb

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları və bununla bağlı insidentlər nəticəsində azı 45 nəfər həlak olub. SİA-nın məlumatına görə, bu barədə “Geo TV” xəbər yayıb. Məlumata görə, ən çox qurbanlar – 21 nəfər Xeyber-Paxtunxva əyalətində qeydə alınıb. Sind, Bəlucistan və Pəncab əyalətlərindən də ölüm xəbərləri gəlib. Telekanalın məlumatına görə, güclü yağış və mümkün daşqın riski şənbə gününə qədər davam edəcək. Qeyd edilir ki, qasırğalar və tufan bir sıra tikililərə, elektrik xətlərinə, reklam lövhələrinə, nəqliyyat vasitələrinə və günəş panellərinə ziyan vura bilər. Dağlıq ərazilərdə baş verən torpaq sürüşməsi…

Daha çox

Zurabişvili müxalifəti birləşməyə çağırdı

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə hökumət əleyhinə mitinqdə çıxış edərək müxalifəti birləşməyə çağırıb. SİA xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb. O qeyd edib ki, artıq yeddi aydır ki, Gürcüstanda etirazlar davam edir: “Gürcüstan hakimiyyəti müxalifəti qorxuda bilmir və məğlubiyyətə məhkumdur. Hökumət müxalifəti gözdən salmağa çalışır, lakin bütün müxalifət qüvvələri birliyi qoruyub saxlasa, bu, nəticə verməyəcək. Yalnız birlik sayəsində ölkə xilas ola bilər”. Xatırladaq ki, iyunun 24-də Tbilisi məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin hakimiyyəti dövründə (2004-2013) cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiyi üçün müxalifətdə olan “Strategiya…

Daha çox

İspaniyada havanın temperaturu +46ºC-ə yüksəldi

İspaniyada keçən həftə sonu temperatur rekord həddə – +46ºC-ə yüksəlib. SİA xəbər verir ki, bu barədə “El Tiempo” məlumat yayıb. Bildirilib ki, Əndəlüsün Huelva əyalətində yerləşən El Qranadoda şənbə günü, iyunun 28-də termometr +46°C göstərib. “Bu, rekordlar başlayandan bəri iyun ayında İspaniyada qeydə alınan ən yüksək temperaturdur”, – agentlik bildirib. Montoro və Fuentes de Əndəlüs bələdiyyələri +44°C və +43.9°C temperaturla El Qranadodan bir qədər geridə qalıblar. İsti dalğasının pik nöqtəsi daha da böyük istilərin olacağı bazar və bazar ertəsi arasında gözlənilir.

Daha çox

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyədə meşə yanğınları ilə mübarizə fasiləsiz davam edir. Son vəziyyətlə bağlı açıqlama verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, iyunun 29-da ölkə üzrə 77 yanğın hadisəsi qeydə alınıb. Onlardan 53-ü meşəlik ərazilərdən kənarda baş verib. Doqquz bölgədə alovlar şiddətlənib, 3 yerdə yanğın davam edir. SİA xəbər verir ki, nazir Manisanın Akhisar, İzmirin isə Kuyucak və Doğanbey rayonlarında yanğınların davam etdiyini, hər üçünün ciddi xarakter daşıdığını bildirib. “Doğanbey və Kuyucak bölgələrində gecə boyunca küləyin sürətinin saatda 40-50 kilometrə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən, əməkdaşlar yüksək hazırlıq vəziyyətindədir. Sözügedən…

Daha çox

Müharibədə nəvəsini itirən rusiyalı qadın canlı yayımda alçaldılıb…

Yaşlı qadına əvvəlcə qışqırıblar, sonra isə proqramla əlaqəni kəsiblər… …Və bu arada Rusiyada, dəqiq desək rus efirində qalmaqal yaşanıb. “Komsomolskaya Pravda” radiosunun efirində öldürülmüş rus əsgərlərindən birinin nənəsi Ukraynadakı müharibədə həlak olanların ailələrinin üzləşdiyi əsl cəhənnəmdən danışıb. Deməli, SİA-nın əldə etdiyi məlumata görə, Dialoq.UA yazır ki, əvvəlcə ona qışqırıblar, sonra efirdən çıxarıblar. Və radiostansiyaya zəng edən qadın çarəsiz qalıb. …Bizim, Rusiya vətəndaşlarının bir sualı var: niyə ölən rus əsgərlərinə humanist münasibət yoxdur? Nə üçün həlak olan veteranlarımızın cəsədləri çirkli tarlalarda, meşələrdə, xarabalıqlarda altı ay, bəzən…

Daha çox