Rusiya müharibənin 1222-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 66 160 PUA-sı, 612 zenit-raket kompleksi, 24 079 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 765 artilleriya və minaatanı, 37 447 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.
Daha çoxDay: June 29, 2025
Abşeron çimərliklərində gözlənilən HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 30-da mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti olacaq. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Daha çoxABŞ Rusiyaya qarşı bu sanksiyanı ləğv etdi
ABŞ “Rosatom” layihəsi çərçivəsində Macarıstanda Paks-2 AES-in tikintisinə mane olan Rusiyaya qarşı sanksiyaları ləğv edib. SİA xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. O xatırladıb ki, 2024-cü ilin noyabrında ABŞ-ın o vaxtkı prezidenti Co Baydenin administrasiyası Paks-2 atom elektrik stansiyası layihəsini maliyyələşdirən “Qazprombank”a qarşı sanksiyalar tətbiq etmişdi: “Xoşbəxtlikdən, yanvar ayından Macarıstanı dost kimi görən prezident Donald Tramp Vaşinqtonda Ağ Evdədir. Buna əsaslanaraq ABŞ hökuməti Paks AES-ə qoyulan investisiyalara qarşı sanksiyaları ləğv etdi”.
Daha çoxRus ordusu Novoukrainkanı ələ keçirdi
Rus ordusu Novoukrainkanı ələ keçirdi
Daha çoxTürkiyədə meşə yanğınlarını təşkil etməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç son iki gündə baş verən meşə yanğınlarını təşkil etməkdə şübhəli bilinən 17 nəfərin saxlanıldığını bildirib. SİA xəbər verir ki, nazir bu barədə sosial şəbəkələrdə paylaşım edərək meşə yanğınlarından zərər çəkən vətəndaşlara dəstəyini ifadə edib. Ədliyyə naziri qeyd edib ki, prokurorluq orqanları yanğınların səbəblərinin hərtərəfli araşdırılmasını davam etdirir. Onun sözlərinə görə, genişmiqyaslı yanğınların yayıldığı əraziyə düşən Biləcik vilayətinin Gölpazarı rayonundakı həbsxanadan bütün əməkdaşlar və min nəfərdən çox məhkum təxliyə edilib. Türkiyənin bir sıra vilayətlərində, o cümlədən Ankarada meşə yanğınlarına nəzarət tədbirləri gücləndirilib.
Daha çoxSabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq
İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir…
Daha çoxAzərbaycana leysan yağacaq, dolu düşəcək
Azərbaycanın rayonlarında iyunun 29-u günün ikinci yarısından iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Daha çox“Rusiya tərəfi törədilən cinayətlərlə bağlı Azərbaycan xalqından üzr istəməlidir”
“Rusiyanın Sverdlovsk vilayətində, Yekaterinburq şəhərində baş verən hadisələr təkcə fərdi cinayət faktları kimi yox, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib. O bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycan əsilli şəxslərin evlərində vəhşicəsinə reydlər keçirməsi, onları işgəncəyə, ölümə məruz qoyması – sadəcə hüquqi normaların pozulması deyil, etnik təmizləmənin növbəti təzahürüdür: “25 il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur. Bu cür davranışlar təkcə Rusiya Konstitusiyası ilə…
Daha çoxSabahın havası meteohəssas insanlar üçün əsasən əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Daha çoxİsrailin zərbəsi – İranın Evin həbsxanasında 71 nəfər öldü
İsrail Müdafiə Qüvvələrinin iyunun 22-də İranın paytaxtı Tehrandakı Evin həbsxanasına zərbəsi nəticəsində 71 nəfər ölüb. SİA IRNA-ya istinadən xəbər verir ki, bunu məhkəmə hakimiyyətinin mətbuat katibi Əsgər Cahangir açıqlayıb. “Rəsmi statistikaya görə, Evində zərbə nəticəsində 71 nəfər ölüb”, – o bildirib. Nümayəndə vurğulayıb ki, ölənlər arasında inzibati heyətin əməkdaşları, müddətli əsgərlər, məhbuslar, məhbus ailələrinin üzvləri, həmçinin həbsxana ilə yanaşı evlərin sakinləri var. Mətbuat katibi olayda xeyli sayda insanın yaralandığını desə də, onların sayını açıqlamayıb. Qeyd edək ki, Tehranın şimalında yerləşən Evin həbsxanası İranın ən böyük penitensiar müəssisələrindən biridir. Həbsxana 1972-ci…
Daha çox