Ukrayna Ali Radası hərbi əməliyyatlar başa çatdıqdan sonra seçkilərin keçirilməsi ilə bağlı qanun layihəsi üzərində işləməyə başlayıb. SİA xəbər verir ki, Radanın spikeri Ruslan Stefançuk Ukrayna telemarafonunda seçkilərə hazırlıq barədə məlumat verib. “Biz bu qanun layihəsi üzərində işləyirik, çünki növbəti seçkilərin keçirilməsi üçün müharibədən sonrakı seçkiləri tənzimləyəcək yeni xüsusi qanun layihəsi tələb olunur”, – o deyib. Onun sözlərinə görə, deputatlar “müxtəlif baza ssenariləri” hazırlayırlar və bir çox təşkilati məsələləri həll edəcəklər ki, ukraynalılar öz fundamental konstitusion seçim hüquqlarını həyata keçirə bilsinlər. Stefançuk həmçinin vurğulayıb ki, seçkilər ancaq döyüşlər bitdikdən və…
Daha çoxDay: June 29, 2025
Bu gün 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və…
Daha çoxRusiyanın üç bombardmançısı havaya qaldırıldı
Rusiya Tu-95MS bombardmançı təyyarələrini havaya qaldırıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. “Olenya aerodromundan (Murmansk vilayəti) cənub-şərq istiqamətində uçan üç Tu-95MS təyyarəsinin hərəkəti qeydə alınıb. Raket təhlükəsi və qanadlı raketlərin buraxılması halında biz əlavə məlumat verəcəyik”, – açıqlamada qeyd olunub.
Daha çoxSuriyada külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb
Son iki gündə Suriyanın Livanla sərhəd bölgələrində keçirilən əməliyyatlar nəticəsində 3 milyon yarım kaptaqon həbi və külli miqdarda həşiş ələ keçirilib. SİA Suriyanın SANA xəbər agentliyinə istinadla bildirir ki, Suriyanın Daxili İşlər Nazirliyi iyunun 27-də əl-Cəracir sərhəd bölgəsində təxminən 3 milyon kaptaqon həbinin və 50 kiloqram həşişin müsadirə edilməsi barədə məlumat yayıb. İyunun 28-də isə Livanla sərhəd olan Nəbək bölgəsində 500 min kaptaqon həbi, 500 həşiş bağlaması və 165 kiloqram marixuana müsadirə edilib. Qeyd edilir ki, narkotik vasitələr yük maşınında ölkəyə daxil olub. Suriya DİN bu işlə əlaqədar iki nəfərin…
Daha çoxYaxın günlərdə Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq
Fransa 18-ci antirusiya sanksiyalar paketinin yaxın günlərdə AB tərəfindən razılaşdırılacağını gözləyir. SİA xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan Noel Barro deyib. “Yaxın günlərdə danışıqların yekunlaşması gözlənilir”, – nazir əlavə edib.
Daha çoxİsrail Qəzzada HƏMAS-ın qurucusunu məhv etdi
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərinin Sabra bölgəsində radikal HƏMAS hərəkatının qurucularından biri Haham Məhəmməd İsa əl-İssanı məhv edib. SİA xəbər verir ki, bu barədə IDF məlumat yayıb. Əl-İssa HƏMAS-ın hərbi qanadında qərargah rəisi vəzifəsində çalışıb. Onun öldürülməsi IDF-nin bölgədə davam edən əməliyyatlarının bir hissəsi olub. Şənbə günü “Newsweek” jurnalı yazıb ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs razılaşmasının əldə edilməsinin zəruriliyinə inandırmağa çalışır.
Daha çoxMarkov Yekaterinburq hadisələrini qınadı
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya təhlükəsizlik qüvvələrinin hərəkətləri nəticəsində iki azərbaycanlının öldürüldüyü, daha üç nəfərin isə reanimasiyaya yerləşdirildiyi Yekaterinburq hadisələrini şərh edib. SİA xəbər verir ki, bu barədə o, özünün telegram-kanalında bildirib. “Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır”, – deyə S.Markov vurğulayıb. O, belə hadisələrin ictimaiyyətin haqlı hiddətinə səbəb olduğunu qeyd edib və obyektiv araşdırma aparılmasının vacibliyini vurğulayıb: “Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik”.
Daha çoxPakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb
Pakistanın şimalında baş verən daşqınlar nəticəsində azı 32 nəfər həyatını itirib. SİA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Məlumata görə, ölənlər arasında 16 uşaq, eləcə də kömək gözləyərkən su altında qalan turist ailəsi də var. Qeyd edilib ki, 240 milyondan çox əhalisi olan Pakistan təbii fəlakətlər səbəbindən müntəzəm olaraq kütləvi ölümlərlə üzləşir. 2022-ci ildə ölkədə daşqınlar nəticəsində ən azı 1700 nəfər ölüb.
Daha çoxPakistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb
Pakistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar bir ötən gün saat 22:24-də (Bakı vaxtı ilə bu gün 02:24-də) təxminən 236 min insanın yaşadığı Dera Qazi Xano şəhərindən 91 km şimal-qərbdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat verilməyib.
Daha çoxRusiyanın Çinə buğda tədarükü 13 dəfə azalıb…
Bu ilin yanvar-may aylarında Rusiyanın Çinə buğda tədarükünün həcmi 2,5 milyon dollar təşkil edib. Bu, ixracın 32,5 milyon dollara çatdığı 2024-cü ilin eyni ayları ilə müqayisədə 13 dəfə azdır. SİA-nın məlumatına görə, bu ilin may ayında ixracda illik müqayisədə kəskin azalma müşahidə olunub: 2024-cü ildəki 7,2 milyon dollardan 2025-ci ildə 401,2 min dollara qədər. Bu ilin yanvar-may ayları arasında altı ölkədən Çinə buğda tədarük edilib. Kanada 259,6 milyon dollarla lider, 188,6 milyon dollarla Avstraliya üçüncü yerdədir. “İnterfaks” bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb. Qeyd edək…
Daha çox