Moskvanın şimal-qərbində “Meqapolis” ticarət mərkəzində yanğın baş verib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə paytaxtın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, yanğın Mitinskaya küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki yardımçı otaqda başlayıb. Yanğınsöndürənlər gələnə qədər 70-ə yaxın insan özbaşına ticarət mərkəzini tərk edə bilib.
…Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri binada yanğın mənbəyinin olub-olmadığını yoxlayır. Tələfat barədə məlumat yoxdur.
Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir.
Bundan əvvəl Moskvanın şimalında “Metropolis” ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzinin server otağında başlayan yanğın 2 kvadratmetr ərazini əhatə edib. Lakin yanğınsöndürənlərin operativ gəlişi və tədbirləri nəticəsində yanğın söndürülüb.
Ölən və yaralananlar olmayıb.
Nazlı Almuradova