Azərbaycanda Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edilib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RBC Respublika Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.
Şöbədən aydınlıq gətirilib ki, Rusiyanın dövlət və özəl qurumları tərəfindən Azərbaycanda keçirilməsi planlaşdırılan konsertlər, festivallar, tamaşalar, sərgilər və digər tədbirlər ləğv edilir.
Nazirlik qeyd edib ki, bu qərar Rusiya təhlükəsizlik qüvvələrinin Sverdlovsk vilayətində qətllərdə şübhəli bilinən şəxslərə qarşı hərəkətləri ilə bağlıdır.
Bundan əvvəl İstintaq Komitəsi məlumat vermişdi ki, idarənin əməkdaşları 2001, 2010 və 2011-ci illərdə bir neçə qətl və qəsdən adam öldürməyə cəhddə iştirak edən cinayətkar qrupun üzvlərini saxlayıblar.
İdarədən bildiriblər ki, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürmə, adam öldürməyə cəhd maddələri ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərin digər cinayətlərdə də iştirakları yoxlanılır.
Əli Babayev