Rusiya Atom Elektrik Stansiyasını Ayda 2030-cu ildə quraşdıracaq..?


Ayda işləyəcək ilk atom elektrik stansiyasının 2030-cu ilə qədər quraşdırılmasına hazır olması planlaşdırılır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk bildirib.

Kovalçukun sözlərinə görə, institut Ayın səthində istifadə oluna biləcək atom elektrik stansiyaları üçün tam layihələr hazırlayıb.

Hazırda texniki həllər və kompleksin kosmik şəraitə hazırlanması üzərində iş aparılır.

Bundan əvvəl Roskosmosun rəhbəri Dmitri Bakanov bildirmişdi ki, hazırlanmaqda olan Rusiya Orbital Stansiyasında (ROS) daimi yaşayış olmayacaq, müvəqqəti olaraq ziyarət edilən və maksimum avtomatlaşdırılmış obyektə çevriləcək.

Bakanovun sözlərinə görə, bu, gələcəkdə ekipajlar üçün təhlükə yaratmadan Ayda və digər planetlərdə bazaların yerləşdirilməsi üçün belə texnologiyalardan istifadə etməyə imkan verəcək.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər