İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Laçın şəhərində hərbçilərin yürüşü keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hərbi yürüş Laçın şəhəri mərkəzində yerləşən Bayraq meydanından başlayıb. Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş ediblər.
Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyiblər.