“12 günlük İran–İsrail və ya İran–Amerika müharibəsindən sonra bölgədə yaranmış vəziyyətin hüquqi statusu hələ də aydın deyil. Ortada atəşkəsinmi qüvvədə olduğu, sülh rejimininmi başladığı, yoxsa sadəcə olaraq hərbi əməliyyatlara müvəqqəti fasilənin verildiyimi — bu suallara dəqiq cavab tapmaq mümkünsüzdür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, hazırkı mərhələni tam mənası ilə ‘qeyri-müəyyənlik mərhələsi’ kimi xarakterizə etmək olar. Vəziyyətin bu cür formalaşmasında əsas rol ABŞ-ın sabiq prezidenti Donald Trampın voluntarist — yəni şəxsi iradəyə əsaslanan — qərarlarının təsiri ilə bağlıdır: “Müharibənin ilkin mərhələsində İsrailin baş naziri…
Daha çoxDay: June 26, 2025
Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratmalıyıq
Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə (HHM) sistemi kompleksi yaratmalıdır, çünki bütün ehtiyacları təmin etmək üçün təkcə Rusiyanın S-400 zenit-raket kompleksləri kifayət etmir. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib. “Hava hücumundan müdafiə sistemi təkcə S-400-lə məhdudlaşmır. Biz çoxsəviyyəli HHM sistemi kompleksi yaratmalıyıq”, – o qeyd edib. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə raket silahlarında əhəmiyyətli irəliləyişə nail olub, lakin bu kifayət deyil. “Biz birləşmiş sistem, “Polad günbəz” qururuq. Biz öz gücümüzlə hazırladığımız müxtəlif yüksəkliyə malik HHM sistemlərini, sensorları,…
Daha çoxSilahlı Qüvvələr Günü ilə bağlı tədbir təşkil olunub
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub, bayram süfrəsi açılıb. SİA xəbər verir ki, bayram tədbirində çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 noyabr Zəfərinin önəmini bildirib, Azərbaycan Silahlı Qüvvələrinin regionda sülhün və təhlükəsizliyin təminindəki roluna diqqət çəkib. Əməkdar incəsənət xadimi, Silahlı Qüvvələrin polkovniki Abdulla Qurbani Azərbaycan Ordusunun yaranma tarixinə nəzər salıb. Polkovnik qeyd edib ki, müasir Azərbaycan Ordusunun yaranması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Milli Məclisin deputatı…
Daha çoxTürkiyə Prezidenti buna inanmır
Hörmüz boğazının bağlanması böyük çətinlik yaradar, Türkiyə İranın belə bir addım atacağına inanmır. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib. O vurğulayıb ki, son gərginlik enerji təchizatı təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha xatırlatdı: “Türkiyə olaraq biz öz enerji mənbələrimizi artırmaq üçün intensiv iş aparırıq. Qabardakı neftdən Qara dənizdəki təbii qaza qədər bir çox nöqtədə istehsal həyata keçiririk və bunu artırmağa çalışırıq. Digər tərəfdən də neft və təbii qaz axtarış fəaliyyətlərimizi ciddi və qətiyyətlə davam…
Daha çox“AzerGold” jurnalistlərə dağ-mədən sahəsi üzrə təlim təşkil edib
“AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. SİA xəbər verir ki, Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq, Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində baş tutan tədbirdə televiziya, qəzet və onlayn mediada çalışan 30-dan çox jurnalist iştirak edib. Tədbirin ilk günü Gəncə şəhərində dövlət şirkətinin mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, əməyin mühafizəsi, eləcə də ətraf mühit, kommunikasiya, korporativ sosial məsuliyyət mövzularında nəzəri təlimlər keçirilib. İnteraktiv formatda…
Daha çoxSilahlı Qüvvələr Günü münasibətilə Xankəndidə hərbçilərin yürüşü keçirilib
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib. SİA xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyib, alqışlayıblar. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.
Daha çoxİranın ali lideri ABŞ-ni hədələyib
İran ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə onun hərbi bazalarına zərbələrin təkrarlanacağını istisna etmir. SİA “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib. O qeyd edib ki, İranın regionda ABŞ-nin mühüm mərkəzlərinə çıxışı var və zərbələrlə bağlı insidentlərin təkrarlanacağı halda onlara qarşı müvafiq tədbirlər görə bilər. Ə.Xamenei İranın ABŞ-nin regiondakı mühüm hərbi bazalarından birinə – Əl-Üdeydə (Qətər) əhəmiyyətli ziyan vurduğunu söyləyib. Onun sözlərinə görə, amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar.
Daha çoxKönüllülük proqramı çərçivəsində fərqlənmiş gənclər mükafatlandırılıb
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey Sərgi zalında bələdçilik fəaliyyəti ilə bağlı könüllülük proqramına həsr olunmuş mükafatlandırma mərasimi keçirilib. SİA xəbər verir ki, institutdan bildiriblər ki, tədbirin moderatoru – Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova bu elm ocağının yaratdığı könüllülük proqramında artıq 7 ali və 2 orta təhsil müəssisəsindən olan gənclərin iştirak etdiklərini deyib. Qeyd edib ki, bu, mövcud təşəbbüsün aktuallığının göstəricisidir. Proqram çərçivəsində gənclər İnstitutun muzey sərgi zalında təcrübə keçib, müxtəlif elmi mövzular üzrə alimlərin elmi məruzələrini dinləyib, akademik təlimlərə, elmi-praktiki ustad dərslərinə cəlb ediliblər.…
Daha çoxAzərbaycan Ordusu adını dünya hərb tarixinə qızıl hərflərlə yazıb
Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. SİA xəbər verir ki, müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordu mövcud deyildi. Bu, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Daha çoxDövlətimizin xarici siyasəti milli maraqlarımıza tam cavab verir
“Cənab Prezidentin apardığı düşünülmüş milli maraqlarımıza cavab verən siyasətin həyata keçirilməsi Azərbaycanın daxili siyasətinin güclü olmasına böyük təkan verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin sosial problemlərinin həlli dövlətin daim diqqətində olan əsas məsələlərdəndir: “Hər bir vətəndaş bu gün cənab Prezidentin apardığı siyasətdə bu istiqamətləri aydın şəkildə müşahidə edə bilir. Dövlətin diqqət yetirdiyi mühüm məsələlərdən biri də enerji sektorunun inkişafıdır. Enerji təhlükəsizliyi güclü olan ölkənin iqtisadiyyatı da güclü olur. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam şəkildə təmin…
Daha çox