Xorvatiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti iyunun 24-də Zaqreb Milli və Universitet Kitabxanasını (NSK) ziyarət edib. Nazirlikdən SİA-ya bildirilib ki, nümayəndə heyətinə kitabxananın tarixi, fondları, nəşrlərin saxlanma şəraiti, beynəlxalq əlaqələri və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Kitabxananın rəhbərliyi ilə görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu elm ocağının fəaliyyətini və göstərilən xidmətin səviyyəsini yüksək qiymətləndirib. Söhbət zamanı Azərbaycan Milli Kitabxanası ilə Zaqreb Milli və Universitet Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması, təcrübə və kitab mübadiləsi, fondların rəqəmsallaşdırılması, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir müavini Azərbaycan…
Daha çoxDay: June 25, 2025
“Bəzi valideynlər verilən sosial müavinətləri uşağın inkişafına yönəltmir”
“Bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də sağlamlıq imkanı məhdud olan insanlar var və bunlar təqribən 600 min ətrafındadır. Onların da təqribən 60-70 min nəfəri 18 yaşa qədər olan uşaqlar və yeniyetmələrdir”. Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib. O bildirib ki, son dövrlərdə Azərbaycanda bu kateqoriyadan olan insanlar üçün dövlət dəstək proqramları həyata keçirilir. 2015-ci ildə tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri qəbul olunub və Azərbaycan 2016-cı ildə bu məqsədlərə qoşulub. Bu məqsədlərin əsas fəlsəfəsi “heç kəs kənarda qalmasın” prinsipidir. Azərbaycan bu prinsiplərə uyğun olaraq inklüziv cəmiyyət quruculuğu istiqamətində mühüm…
Daha çoxHərbçilərin ictimai təhlükə törətməyən cinayətləri üzrə təhqiqat aparılacaq
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddə əlavə edilib. Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına “məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar” ifadəsi də əlavə edilib. İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddə əlavə edilib.…
Daha çoxSabah Bakıda hava yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
Daha çoxCəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planı təsdiqlənib
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı təsdiqlənib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daha çoxRamin Məmmədov Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə görüşüb. Bu barədə SİA-ya dövlət qurumundan məlumat verilib. Dini Komitənin sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mənəvi, multikultural dəyərlərin qorunub saxlanılması, dini etiqad azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışıb. Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərin təşviqi, islamofobiya, ksenofobiya kimi qlobal xarakterli problemlərin həllinə yönəlmiş təşəbbüsləri haqqında məlumat verib. Ölkənin islam həmrəyliyi ideyalarının təbliği sahəsindəki təcrübəsinə diqqət çəkib. Almaniya…
Daha çoxMürsəl İbrahimova “general-mayor” rütbəsi verilib
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, dövlət başçısının imzaladığı digər Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da “general-mayor” ali hərbi rütbəsi verilib.
Daha çoxİyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur
İyunun 25-də BMT-nin Dənizçi Günü qeyd olunur. SİA təşkilatın məlumatına istinadla xəbər verir ki, 2025-ci ildə bu əlamətdar günün mövzusu “Mənim təcavüzdən azad gəmim”dir. Dənizçi Günü Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sistemində Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə qeyd olunur. Onun qeyd edilməsi haqqında qərar IMO-ya üzv dövlətlər tərəfindən 2010-cu ildə Manilada (Filippin) keçirilən konfransda qəbul edilib. Bütün dənizçilik peşələrinin nümayəndələri üçün xüsusi günün təsis edilməsi onların beynəlxalq ticarətin, dünya iqtisadiyyatının və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına əvəzsiz töhfələrinə görə zəruri hesab edilib. 2025-ci ildə bu əlamətdar gün mürəkkəb beynəlxalq vəziyyət…
Daha çoxProaktiv qaydada aparılan pensiya, müavinət və təqaüd təyinatının sayı açıqlanıb
Bu ilin yanvar-may ayları ərzində 111 min 400 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, onlardan 21 min 170-i pensiya, 90 min 230-u müavinət (o cümlədən məcburi dövlət sosial sığortası hesabına ödənilən) və təqaüd təyinatıdır.
Daha çoxAzərbaycanın namizədi yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib
Nyu Yorkda BMT-nin Baş Qərargahında “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”ya Tərəf Dövlətlərin 12-ci iclası keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, daimi nümayəndə Tofiq Musayev Konvensiyaya Tərəf Dövlətlər tərəfindən adıçəkilən iclasın sədri seçilib. İclas çərçivəsində BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsinin 2026-2029-cu illər üzrə üzvlüyünə 2025-ci il dekabrın 31-dən sonra vakant olacaq 7 yer üçün seçkilər baş tutub. Seçkilərdə Azərbaycan Respublikasının namizədi Azad Tağı-zadə ilə yanaşı, Albaniya, Bosniya və Herseqovina,…
Daha çox