Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Muhəmməd Əl Bluşi ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib. SİA xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanla BƏƏ arasında münasibətlərin ortaq tarixi, milli və mədəni dəyərlərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda inkişaf edən, yüksək səviyyəli tərəfdaşlıq xarakteri daşıdığını bildirib. B.Muradova son illər ərzində iki ölkə arasında iqtisadi, ticari, siyasi əlaqələrin dinamikasının müsbət istiqamətdə dəyişdiyini, bir sıra strateji sahələrdə – xüsusilə də yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində mühüm əməkdaşlıqlar qurulduğunu deyib. O…
Daha çoxDay: June 25, 2025
Çevrilişə cəhd, yoxsa… – RAKURS
Çevrilişə cəhd, yoxsa… – RAKURS
Daha çoxBakıda bir sıra ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, həmin ünvanlar aşağıdakılardır: – Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər); – Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı); – Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən – Azadlıq prospektinə qədər); – Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya…
Daha çoxSilahlı Qüvvələr – sabitliyin və sülhün zəmanəti
Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Danılmaz həqiqətdir ki, dövlət anlayışı ilə ordu gücü vəhdət təşkil edir. Çünki azad, müstəqil dövlətin nüfuzu mədəni, siyasi, iqtisadi, elmi inkişafı ilə yanaşı malik olduğu ordusunun gücü ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1993-cü ildən başlayaraq Ümummilli…
Daha çoxDGK-nın nümayəndə heyəti “Zəfər Qalereyası”nı ziyarət edib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Dövlət Bayrağı Muzeyində “Zəfər Qalereyası”nı ziyarət edib. SİA xəbər verir ki, 25 iyun 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri – t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət edərək bayrağımız və hərbi tariximizə dair eksponatlarla yaxından tanış olublar. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti muzeyin “Zəfər Qalereyası” adlı xüsusi zalını diqqətlə izləyərək, 2020-ci il…
Daha çox“ASAN xidmət”in “ZİRVƏ” idarəçilik marafonu ilk mövsümünə yekun vurub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “ZİRVƏ” idarəçilik marafonunun ilk mövsümü yekunlaşıb. Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tarixi qələbəmizin 5-ci ildönümündə və “Konstitusiya və Suverenlik İli”ndə keçirilən layihənin məqsədi Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və həmin siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır. Marafon boyu iştirakçılar dövlət və özəl sektordan olan peşəkar mütəxəssislərlə bilik və təcrübə mübadiləsi aparıblar. Həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə…
Daha çoxBakı Təşəbbüs Qrupu və Qvadelup memorandum imzalayacaq
“Bakı Təşəbbüs Qrupu və Qvadelup arasında əməkdaşlıq çərçivəsində memoranduma imza atılacaq”. SİA-nın məlumatına görə, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O, əməkdaşlığın perspektivlərini də dəyərləndirib: “Bakı Təşəbbüs Qrupu olaraq tək paytaxtımızda deyil, həm də Birləşmiş Millətlər Təşkilatının qərargahında tədbirlər keçiririk. Bu tədbirlərin hesabatları BMT-nin müvafiq qurumlarına təqdim edilir. Həmin sənədlərin nəticəsi olaraq, bu ilin oktyabrında BMT-də xüsusi bəyanatın qəbul ediləcəyi gözlənilir”.
Daha çoxAzərbaycanda hidrotexniki qurğular üzrə əsas müddəalar təsdiq edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Hidrotexniki qurğular. Əsas müddəalar”ı təsdiq edib. SİA xəbər verir ki, bunu bağlı Komitə sədri Anar Quliyev yeni qərar imzalayıb. Qərara əsasən, hidrotexniki qurğular ərazi planlaşdırma sənədləri nəzərə alınmaqla, su ehtiyatlarından kompleks istifadə tələbləri və su axınlardan istifadə sxemləri əsasında layihələndirilməlidir. Layihələndirilən, ətraf mühitə mənfi təsiri ehtimal olunan hidrotexniki qurğuların növləri “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna Əlavə nəzərə alınmaqla müəyyən edilir. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin…
Daha çox“Münaqişənin regionalmiqyaslı bir müharibəyə çevrilmək təhlükəsi var”
“Ümumiyyətlə, İsrail-İran münasibətləri bütün Yaxın və Orta Şərq, eləcə də müəyyən qədər Mərkəzi Asiya və Qafqaz üçün yaxşı bir gələcək vəd etmir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, son 30-40 il ərzində bu münasibətlərin həmişə gərgin qalması dünyanı və bu bölgəni narahat vəziyyətdə saxlayıb: “Hazırda müvəqqəti atəşkəs elan olunub, lakin onun uzun müddət davam edəcəyinə dair heç bir təminat yoxdur. Atəşkəsdən sonra atılacaq addımlar, imzalanacaq hər hansı bir saziş və onun icra olunub-olunmayacağı da qeyri-müəyyəndir. Belə bir şəraitdə hər iki ölkə öz iddialarından geri…
Daha çox“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub
“Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini Qaya Məmmədov, Dini…
Daha çox