Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur. 107 illik yolun zirvəsində tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi, azad Qarabağın, azad Şərqi Zəngəzurun dirçəlməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası dayanır. Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə yazdığı şanlı tarix onun gücünün, qüdrətinin, döyüş ruhunun təqdimatı oldu. Bu gün qürurla qeyd edirik ki, düyanın ən güclü ordularından biri Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Baxmayaraq ki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan havadarlarının dəstəyinə arxalanaraq belə bir mif yaratmışdı ki, guya ən…
Daha çoxDay: June 25, 2025
Ermənistanda 14 nəfər saxlanıldı
Ermənistanda hakimiyyətin ələ keçirilməsinə cəhd işi ilə bağlı başladılan araşdırma çərçivəsində 14 nəfər saxlanılıb. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarından 90-dan çox ünvanda axtarış əməliyyatı həyata keçirilib. Xatırladaq ki, bu gün səhər Ermənistanın hüquq-mühafizə orqanları müxalif “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evində axtarış aparıb. Əməliyyat çərçivəsində hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.
Daha çoxKamran Əliyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Baş prokuroru Kamran Əliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün ilə görüşüb. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, qonağı salamlayan Baş prokuror tarixən xalqlar arasında milli köklərə əsaslanan münasibətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları ilə ifadə olunduğunu bildirib. Baş prokuror iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasətləri nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi…
Daha çoxBayram günlərində bəzi rayonlarda güclü külək əsəcək
İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şirvan, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Saatlı, Sabirabad, İmişli, Zərdab, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Kəlbəcər, Laçın, Gəncə, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daha çox““8 Noyabr Elektrik Stansiyası” bu strategiyanın bariz nümunəsidir”
“Müasir dövrümüzdə enerji generasiyası sadəcə texniki məsələ deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq nüfuz üçün strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir. Artıq zamanın tələbidir ki, ölkələr yalnız bu günü deyil, həm də yaxın gələcəkdəki enerji ehtiyaclarını planlaşdırsınlar və bu istiqamətdə dayanıqlı addımlar atsınlar. Enerji resurslarına sahib olmaq və bu resursları səmərəli şəkildə idarə etmək əslində bir dövlətin gücünün göstəricisinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, Azərbaycan da bu reallığı çox erkən dərk edərək enerji strategiyasını zamanın çağırışlarına uyğunlaşdırıb. Prezident İlham Əliyevin…
Daha çoxDiplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib
Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər. Bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə görə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilib. Qeyd edək ki, Prezident…
Daha çoxAzərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilib
Prezident İlham Əliyev Milli Məclisin iyunun 3-də qəbul etdiyi Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. SİA xəbər verir ki, bununla da Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilib. Yeni qanun “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və…
Daha çox“Stansiyanın istifadəyə verilməsi Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir”
“Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1974-ci ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulması tariximizin unudulmaz səhifəsidir. Çünki Mingəçevir tarixən energetika mərkəzi kimi tanınır və bu gün şəhərdə cənab Prezident İlham Əliyev tərəfindən “8 Nöyabr” Elektrik Stansiyasının açılışı qürurvericidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, bu stansiya çox böyük potensiala malikdir və 1880 meqavatt gücündə olan stansiyanın istifadəyə verilməsi tək Azərbaycan üçün deyil, Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir. “Məlum olduğu kimi, hazırda ölkənin elektrik…
Daha çox“8 Noyabr” Elektrik Stansiyası – enerji təhlükəsizliyində strateji addım
Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, vətəndaşların, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı ilə təmin olunması, kifayət qədər enerji tədarükünün əldə edilməsi vasitəsilə bu sahədə hər hansı təhdidlərdən müdafiəsi nəzərdə tutulur. Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın geosiyasi mövqeyi, zəngin enerji ehtiyatları və strateji baxışları ölkənin enerji təhlükəsizliyini regional və qlobal miqyasda mühüm məsələyə çevirir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata…
Daha çox“Mobil cihazlarda zərərli proqramlar bank təhlükəsizliyini təhdid edir”
Bəzi mobil cihazlarda mövcud olan zərərli proqram təminatları hakerlərə həmin telefonları məsafədən idarə etmək imkanı yaradır. SİA xəbər verir ki, bunu “Kapital Bank” ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin Direktoru Çingiz Səfərli Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində (“Fintex Sammit”) çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu proqramlar hakerlərə bank tətbiqlərinə müdaxilə etmək, istifadəçilərin hesablarını ələ keçirmək və onların vəsaitlərini oğurlamaq imkanı verir: “İstifadəçi bank tətbiqindən istifadə etdiyi anda belə bu proqramlar vasitəsilə əməliyyatlar izlənilə və sui-istifadə oluna bilir”. Ç.Səfərli bildirib ki, “Kapital Bank” bu risklərin qarşısını almaq üçün xüsusi nəzarət mexanizmləri…
Daha çox