Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Visa beynəlxalq ödəniş sisteminin sponsorluğu, Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən tədbir “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunub. Sammit çərçivəsində təşkil edilən 7 paneldə ekspertlər maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modelləri, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar ətrafında geniş fikir mübadilələri aparıblar. Visa-nın Azərbaycan…

Daha çox

Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilir

Azərbaycanın son 22 il ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 20 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum…

Daha çox

İranın bu addımı Kremli təşvişə saldı

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırması Rusiyada narahatlıq doğurur. SİA TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu vəziyyət narahatlıq doğurmaya bilməz”, – Kreml sözçüsü qeyd edib. O, Tehranın bu qərarının İranın nüvə obyektlərinə “təsirsiz hücum və zərbələr”lə bağlı olduğuna işarə edib. Peskov əlavə edib ki, bu vəziyyətdə “MAQATE-nin reputasiyası çox zədələnib”.

Daha çox

Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı keçirilən konfransda yekun bəyanat qəbul edilib

Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda yekun bəyanat qəbul edilib. SİA xəbər verir ki, sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov oxuyub. Bəyanatda deyilir: “Biz iyunun 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelupa Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi hərəkatların, elmi ocaqların, habelə beynəlxalq insan hüquqları təşkilatlarının fəal iştirakı ilə keçirilmiş…

Daha çox

“Ölkəmiz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib”

“Azərbaycanın enerji tarixndə çox mühüm hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı ilə bu əlamətdar günü yaşadıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. O bildirib ki, ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri istehsal müəssisəsi kimi tarixdə qalacaq: “Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatını deyil, həm də ixrac potensialını artıracaq, ölkəmizə yeni imkanlar qazandıracaq. 1945-ci ildə Mingəçevirdə inşasına başlanan və…

Daha çox

Azərbaycana turist axını artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3…

Daha çox

Parisdə Azərbaycan qəhrəmanlarının xatirəsi yad edilib

Parisdə İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsi yad edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Zəfər Tağının altında İkinci Dünya Müharibəsində Fransanın azad edilməsi uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsinə həsr olunmuş mərasim təşkil edilib”, – paylaşımda qeyd olunub.

Daha çox

TDT-nın Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısının Yekun Bəyannaməsi qəbul olunub

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı keçirilib. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti toplantıda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, Qırğız Respublikasının Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri və nazir müavinləri qatılıblar. Tədbiri açan Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini, su ehtiyatları,…

Daha çox

“Prezidentin zaman-zaman səfərlər etməsi təsadüfi deyil”

“Azərbaycan Respublikasının Prezidentinin ölkənin müxtəlif bölgələrinə zaman-zaman səfərlər etməsi təsadüfi deyil”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağ işğaldan azad olundu və ölkənin bütün diqqəti bu bölgənin bərpasına yönəldi: “Hazırda orada genişmiqyaslı quruculuq və dini tikinti işləri aparılır. Bu da təbiidir, çünki həmin torpaqlar uzun illər baxımsız qalıb və yenidən canlandırılmasına ehtiyac var. Bu proses başladıqda cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, dövlətin əsas resursları Qarabağa yönəldiləcək və digər bölgələrdəki abadlıq, yenidənqurma işləri müəyyən qədər ləngiyəcək. Lakin son beş…

Daha çox

Bakının Elşən Süleymanov küçəsində təmir işləri yekunlaşmaq üzrədir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərini yekunlaşdırmaq üzrədir. SİA agentliyə istinadən xəbər verir ki, sözügedən hissənin uzunluğu 950, eni 12.2 metrdir. Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, mövcud piyada səkilərinin bərpası işləri aparılıb. Hazırda küçədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla davam etdirilir. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra…

Daha çox