Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu “Poz-Qazan” biletləri 1500-dən çox OBA mağazasında şanslı qaliblərini gözləyir. Sizə ən yaxın OBA mağazasına gedərək öz bəxtinizi sınaya və 500 000 manatadək böyük uduş qazanmaq şansı əldə edə bilərsiniz. Biletlərə olan böyük maraq sayəsində artıq müxtəlif uduşlar da qeydə alınıb. Təkcə cari ayda OBA-da 3 böyük uduş öz sahiblərini tapıb. Uduşlu biletlər OBA-nın İnşaatçılar metrostansiyası yaxınlığında, Hökməli və Mərdəkan qəsəbələrində yerləşən mağazalarından alınıb. “Xoşbəxt” lotereyasında bir nəfər 50 000 manat qazanaraq sözün əsl…

Daha çox

“Əldə olunan atəşkəslər isə kifayət qədər kövrəkdir”

“İran və İsrail arasında uzun illərdir davam edən gərgin münasibətlər son dövrlərdə daha da kəskinləşib və açıq müharibə ehtimalı gündəmə gəlib. Bu münaqişə yalnız iki ölkə arasında olan qarşıdurma deyil, həm region üçün, həm də dünya üçün ciddi nəticələr doğura biləcək geosiyasi hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, əldə olunan atəşkəslər isə kifayət qədər kövrəkdir. Tərəflər arasında qarşılıqlı ittihamlar, təxribatlar və hücumlar fonunda bu atəşkəslərin uzunmüddətli davam etməsi real görünmür. Hər an genişmiqyaslı müharibə alovlana bilər. Bu isə bir sıra sahələrdə böyük təsirlərə səbəb…

Daha çox

NATO ölkələri Ukraynaya yardım etməyi öhdələrinə götürdülər…

Bu barədə sammitin bəyannaməsində deyilir. ABŞ və Macarıstan da daxil olmaqla NATO-ya üzv ölkələr razılaşıblar ki, Ukraynaya Rusiyaya qarşı müharibədə köməklik onların Avro-Atlantik təhlükəsizliyinə töhfələrinin bir hissəsi olacaq. SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bu barədə sammitin bəyannaməsində deyilir. Zirvə qərarının formalaşdığı əsas element müttəfiqlərin müdafiə xərclərinin ÜDM-in 5 faizinə qədər artırılmasıdır. Eyni zamanda, NATO üzvləri Ukrayna Silahlı Qüvvələrinə yardımın müdafiə xərclərinin bir hissəsi kimi qəbul edilməsi ilə bağlı razılığa gəliblər. …Müttəfiqlər təhlükəsizliyi bizim təhlükəsizliyimizə sərmayə olan Ukraynanı dəstəkləməyə davam edən suveren öhdəliyini…

Daha çox

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi davam edir

Bu gün günorta saatlarında Avstraliya, Almaniya, Tacikistan, İran, ABŞ, Kanada, İtaliya və Venesuela vətəndaşlarının İrandan təxliyəsi həyata keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində hər bir şəxs müvafiq sənəd yoxlamasından keçib. Təhlükəsizlik tədbirləri tam şəkildə təmin edilib, əcnəbilərin rahat və fasiləsiz keçidi üçün bütün logistika prosesləri koordinasiyalı şəkildə icra olunub. Onlar xüsusi nəqliyyat vasitələri ilə Bakı istiqamətində yola salınıblar. Qeyd edək ki, təxliyə olunanlar arasında həm diplomatik heyət üzvləri, həm də mülki vətəndaşlar yer alıb.

Daha çox

Birinci Kanalın aparıcısı ayrılmaq istədiyini etiraf edib…

Birinci Kanalda “Sabahınız xeyir” verilişinin aparıcısı Svetlana Zeynalova televiziyadan ayrılmaq arzusunda olduğunu etiraf etdi. SİA-nın məlumatına görə, o, bu barədə “Passion” portalı ilə söhbətində bildirib. Həyatında televiziya karyerasını tərk etmək istədiyi anların olub-olmaması ilə bağlı suala isə Zeynalova müsbət cavab verib. …Hamımızın belə anları olur, xüsusən də yorğun və cansıxıcı olduğunuz zaman. Siz düşünməyə başlayırsınız: “Mən niyə bunu edirəm? Normal insanlar evdə oturur, yatır, münasib vaxtda oyanır, uzanır, məşq edir, kofe içir, günəşin doğuşuna heyran qalır… Mən isə artıq göbəyim yanan bir yerə qaçıram!. Bunu teleaparıcı deyib. O, əlavə edib…

Daha çox

Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı

Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan “FINTEX SUMMIT 2025” başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Visa beynəlxalq ödəniş sisteminin sponsorluğu, Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən tədbir “Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik” mövzusuna həsr olunub. Sammit çərçivəsində təşkil edilən 7 paneldə ekspertlər maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modelləri, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar ətrafında geniş fikir mübadilələri aparıblar. Visa-nın Azərbaycan…

Daha çox

Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi mərkəzinə çevrilir

Azərbaycanın son 22 il ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 20 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum…

Daha çox

İranın bu addımı Kremli təşvişə saldı

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırması Rusiyada narahatlıq doğurur. SİA TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu vəziyyət narahatlıq doğurmaya bilməz”, – Kreml sözçüsü qeyd edib. O, Tehranın bu qərarının İranın nüvə obyektlərinə “təsirsiz hücum və zərbələr”lə bağlı olduğuna işarə edib. Peskov əlavə edib ki, bu vəziyyətdə “MAQATE-nin reputasiyası çox zədələnib”.

Daha çox

Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı keçirilən konfransda yekun bəyanat qəbul edilib

Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda yekun bəyanat qəbul edilib. SİA xəbər verir ki, sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov oxuyub. Bəyanatda deyilir: “Biz iyunun 25-də Azərbaycanın paytaxtı Bakı şəhərində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelupa Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) ilə birgə təşkil olunmuş və digər Qvadelup vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi hərəkatların, elmi ocaqların, habelə beynəlxalq insan hüquqları təşkilatlarının fəal iştirakı ilə keçirilmiş…

Daha çox

“Ölkəmiz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilib”

“Azərbaycanın enerji tarixndə çox mühüm hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı ilə bu əlamətdar günü yaşadıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. O bildirib ki, ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri istehsal müəssisəsi kimi tarixdə qalacaq: “Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatını deyil, həm də ixrac potensialını artıracaq, ölkəmizə yeni imkanlar qazandıracaq. 1945-ci ildə Mingəçevirdə inşasına başlanan və…

Daha çox