“Orta Dəhlizin formalaşmasında Azərbaycanın əsas rolu” haqqında məqalə dərc olunub

İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün nəzərdə tutulan “Diplomatic World Sweden” nəşrində Böyük İpək Yolunun müasir davamı olan – sürətlə inkişaf edən Orta Dəhliz haqqında geniş məqalə dərc edilib. SİA xəbər verir ki, burada tranzit ərazidən Avropa ilə Asiyanı birləşdirən bu strateji marşrutun əsas memarlarından birinə çevrilmiş Azərbaycanın roluna xüsusi diqqət yetirilir. Məqalədə vurğulanır ki, əlverişli coğrafi mövqeyi və infrastruktura böyük sərmayə qoyuluşu sayəsində Azərbaycan yeni Avrasiya nəqliyyat məkanının mərkəzi halqasına çevrilib. Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu gün Rusiyadan və ya Süveyş kanalından keçən ənənəvi…

Daha çox

İrana PUA-lar hücum etdi

İranın şimalındakı Rəşt şəhərətrafına bir neçə pilotsuz təyyarə hücum edib. SİA ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini bildirib. “Təxminən bir saat əvvəl bir neçə pilotsuz təyyarə İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib”, – o qeyd edib. Qubernatorun sözlərinə görə, hücum hava hücumundan müdafiə qüvvələri sayəsində uğurla dəf olunub, bütün pilotsuz təyyarələr məhv edilib. Lakin dronların haradan göndərildiyi açıqlanmır. Digər məlumata görə, hazırda Tehranın cənubunda Hüseynabad bölgəsində hava hücumundan müdafiə sistemləri dronlarla mübarizə aparır.

Daha çox

Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

“Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər, lakin bunun üçün maliyyə vəsaiti çatmır”. SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən Müdafiə Sənayesi Forumunda söyləyib. “Bizim müdafiə istehsalı potensialımız 35 milyard dolları keçir. Bu artilleriyadan tutmuş qabaqcıl PUA-lar, müasir döyüş üsullarına və raket texnologiyalarına qədər təxminən 1000 müxtəlif hərbi vasitəni əhatə edir”, – deyə dövlət başçısı qeyd edib. Zelenskinin sözlərinə görə, bütün bu potensialın təxminən 40%-i lazımi maliyyə ilə təmin olunmur: “Bu isə ciddi problemdir. Məsələn, biz ildə təxminən 8 milyon…

Daha çox

Bakının 3 rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının Xətai, Nərimanov və Qaradağ rayonlarında bəzi ərazilərdə qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb. Məlumata görə, iyunun 25-də saat 10:00-dan etibarən Xətai rayonu, Xocalı prospektində qaz xəttinin yerinin dəyişdirilməsi və Nərimanov rayonu, Ə.Əlizadə küçəsində görüləcək təmir-quraşdırma işləri, həmçinin saat 13:00-dan isə Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış evinə təbii qazın verilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Xətai rayonunda A.İsmayılov, M.Mehdizadə küçələrinin, Qaradağ rayonunda Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev, E.Quliyev küçələrinin, Nərimanov rayonunda isə Təbriz, Ə. Dəmirçizadə, C.Zeynalov, F.Əsədov, Y.Bakuvi, K.Rəhimov küçələrinin qaz…

Daha çox

Artıq heç nə ailələri uşaq sahibi olmağa məcbur edə bilməz…

Rusiyalı mütəxəssis ölkədə demoqrafik böhrandan çıxmağın yeni bir yolunu göstərir… …Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun müşahidə şurasının rəhbəri Yuri Krupnov Rusiyada demoqrafik böhranın həlli yollarını müzakirə edib. SİA bu barədə rus saytlarına istinad edir. Deməli, o, hesab edir ki, insanları daha çox uşaq dünyaya gətirməyə məcbur etmək mümkün deyil. Bir çox demoqraflar hesab edir ki, miqrasiya demoqrafik siyasətin bir hissəsi olmamalıdır. Demoqrafiya insanın öz əhalisinin çoxalmasıdır. …Biz 40 milyon çinli və ya hindlini cəlb edə bilərik, lakin bu, bizim yolumuz deyil. SİA-nın rus saytlarından…

Daha çox

Bu, Putinin seçimidir və bütün ölkənin faciəsidir”..?

Putin Qərbə uduzdu. Amma bu, onun planlarının bir hissəsi deyildi. …Putin 2022-ci ildə Ukraynanı işğal edəndə Qərbin – Avropanın və ABŞ-ın zəifliyinə ümid edirdi. Kreml rəhbəri hesab edirdi ki, Qərb Əfqanıstan, İraq, Liviya və Suriyadakı uğursuzluqları nəzərə alaraq Ukraynanı qoruya bilməyəcək. O ümid edirdi ki, Rusiyanın qələbəsi Qərbin “qızıl dövrünə” son qoyacaq və Moskvanın Çin və digər ölkələrlə müttəfiqliyini gücləndirəcək. SİA-nın məlumatına görə, “The New York Times” yazır. Lakin o, səhv hesablayıb. Müharibə uzandı və Kreml daxildə Qərbi şeytanlaşdırmağa, xaricdə parçalamağa cəhd etdi. O, Donald Trampın…

Daha çox

Rusiya dərin iqtisadi böhrana yaxınlaşır..?

Ölkə tənəzzül astanasındadır… …Deməli, iyunun 18-dən 21-dək keçirilən Sankt-Peterburq İqtisadi Forumu zamanı Rusiyanın müxtəlif qurumlarının nümayəndələri Rusiya iqtisadiyyatının vəziyyətini qiymətləndiriblər. Bəyanatların əksəriyyəti ehtiyatla verilib; ekspertlər işlərin real vəziyyəti haqqında danışmaqdan qorxurdular. Faktiki olaraq Rusiya iqtisadiyyatında istehsalın, o cümlədən hərbi-sənaye kompleksinin azalması müşahidə olunur. SİA-nın məlumatına görə, bu barədə FREEDOM telekanalının efirində iqtisad elmləri namizədi, Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi İvan Us məlumat verib. Onun sözlərinə görə, forum zamanı Rusiyanın iqtisadiyyat naziri ölkənin tənəzzül astanasında olduğunu bəyan edib. …O, tənəzzülün yaxın…

Daha çox