Dövlət Reklam Agentliyi auditor seçir

Dövlət Reklam Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 138 manatdır. İddiaçılar təkliflərini iyulun 18-nə qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Təkliflərə iyulun 18-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Daha çox

Qanıx çayında su sərfi normanı ötüb

Azərbaycanda iyunun 25-i saat 9:00-a olan məlumata əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25 sm, Həkəriçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda iaə 7 sm artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 sm artıb, su sərfi 214 m3/san olmaqla normanın 129%-ni təşkil edir.

Daha çox

Ərdoğan Trampla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donlad Trampla görüşüb. SİA xəbər verir ki, liderlər NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Haaqa Sammitində bir araya gəliblər. Görüş zamanı Ərdoğan İsrail və İran arasında atəşkəs əldə olunmasını alqışlayıb. Prezident Ərdoğan Qəzzadakı humanitar faciənin tezliklə sona çatması üçün yaxın dialoqun vacibliyini vurğulayıb. Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Daha çox

Çin lideri BRICS-dən imtina etdi

Çin lideri Si Cinpin gələn ay Braziliyada keçiriləcək BRICS sammitində iştirak etməyəcək. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” vəziyyətdən xəbərdar olan anonim mənbəyə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Pekin Çin nümayəndə heyətinə Dövlət Şurasının baş naziri Li Tsyanqın başçılıq edəcəyi barədə ev sahibi tərəfi artıq xəbərdar edib. Çin liderinin Rio-de-Janeyroya getməkdən imtina etməsinin əsas səbəbi son vaxtlar Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə tez-tez görüşməsidir. Onlar 2024-cü ilin noyabrında G20 sammiti zamanı, sonra isə bu ilin yazında Çində keçirilən forumda görüşüblər. Si Cinpinin…

Daha çox

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. “20 Yanvar” dairəsində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Daha çox

“İran nüvə proqramından əl çəkməyəcək”

İran İsraillə müharibədən sonra belə, nüvə proqramından əl çəkməyəcək. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed”ə müsahibəsində deyib. Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub. “Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olub”, – Əraqçi bildirib.

Daha çox

Bu gün 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə…

Daha çox

“SpaceX” kosmosa içində kremasiya olunmuş insan qalıqları olan 150 kapsul göndərəcək

“SpaceX” şirkəti “Transporter-14” missiyası çərçivəsində “Falcon 9” raket daşıyıcısından istifadə etməklə onlarla kosmik aparatın Yer orbitinə buraxılmasını həyata keçirib. SİA xarici mediaya istinadla xəbər verir ki, kiçik peyklər və müxtəlif elmi cihazlarla yanaşı, raket həm də “The Exploration Company” şirkətinə məxsus xüsusi bir aparatı orbitə çıxarıb. Bu aparatın bənzərsiz yükü var, belə ki, təxminən 150 nəfərə aid DNT nümunələri və ya kremasiya olunmuş insan qalıqları daşıyır. Bu, bir istiqamətli bir missiya deyil, Yer ətrafında bir növ “orbital ekskursiya”dır. Kapsullar bir neçə dəfə Yer ətrafında dövrə vuracaq, daha sonra isə atmosferə…

Daha çox

Qızıl kəskin ucuzlaşdı

Nyu-York əmtəə birjasının bölməsi olan ticarət platformasının məlumatına görə, Comex birjasında qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 3330 dollardan aşağı düşüb. SİA xəbər verir ki, qızılın qiyməti 1,1% ucuzlaşaraq 1 troy unsiyası üçün 3329,9 dollar təşkil edib.

Daha çox