Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyət sektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiq olunacaq. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, iyulun 1-dən iziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər. Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyata…
Daha çoxDay: June 25, 2025
Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, sənədə əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib: polkovnik İdris Mustafa oğlu Məhərrəmova polkovnik Vasif Tofiq oğlu Xəlilova polkovnik Elnur Sadıq oğlu Kazımova polkovnik Elgün Aqil oğlu Əliyevə.
Daha çoxİqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə 4-cü müavin təyin edilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədrinə yeni müavin təyin edilib. SİA xəbər verir ki, bu vəzifə Əziz Xəlilova həvalə olunub. O, indiyə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışıb. Yeni təyinatla İZİA-nın sədrinin müavinlərinin sayı 4-ə çatıb.
Daha çoxAqrar Kredit və İnkişaf Agentliyi 5 ayda 43 milyon manata yaxın güzəştli kredit verib
Bu ilin yanvar-may aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 2 322 müraciət üzrə 42,8 milyon manat güzəştli kredit verib. SİA nazirliyə istinadən xəbər verir ki, bunun 35 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 7,8 milyon manatı isə digər təyinatlı kreditlərdir. Bundan başqa, 5 ay ərzində agentlik 1 376 baş damazlıq iribuynuzlu heyvanın alışına 3,6 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışına isə 49,9 milyon manat güzəşt vəsaiti ayırıb. Həmçinin hesabat dövründə ölkədə 4 340 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib. Ümumilikdə 2005-ci ilin…
Daha çox26 İyun – Qürurumuzun və Gücümüzün Günü
Hər millətin tarixində elə günlər var ki, onlar təkcə təqvimdə bir tarix deyil, xalqın ruhunun, dözümünün və mübarizliyinin simvoluna çevrilir. Azərbaycan xalqı üçün belə günlərdən biri də 26 İyundur – Silahlı Qüvvələr Günü. Bu tarix təkcə ordu quruculuğunun başlanğıcı deyil, eyni zamanda müstəqillik, güc və vətən sevgisinin rəmzidir. Əsrlər boyu yadelli hücumlara sinə gərmiş bu torpaq, daim qəhrəman övladları ilə fəxr etmişdir. 1918-ci ilin məhz bu günü Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli ordu – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Cümhuriyyətin qısa ömrünə baxmayaraq, bu ordu həm milli ruhun, həm də…
Daha çoxTramp onlara yaman əsəbləşib, çünki…
ABŞ prezidenti Tehranın nüvə proqramının məhv edildiyini təkid edir..? …ABŞ prezidenti Donald Tramp CNN və “New York Times”-ı kəskin tənqid edib. Nəyə görə..? Çünki onlar Amerikanın zərbələrindən sonra İranın nüvə obyektlərinin məhv edilmədiyini yazıblar. (…axı, bəlkə də..?) SİA-nın məlumatına görə, Tramp bu barədə Truth Social-da yazıb. …Fake News CNN və uduzan “New York Times” tarixin ən uğurlu hərbi zərbələrindən birini alçaltmaq üçün birləşiblər. İranın nüvə obyektləri tamamilə məhv edilib. Deməli, bunu Tramp yazıb. Amerika prezidentinin sözlərinə görə, həm “New York Times”, həm də CNN ictimaiyyət…
Daha çox“Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır”
“Məhərrəm ayı İslam təqviminin ilk ayıdır və bu ay müsəlman aləmində xüsusi hörmətə malikdir. Bu ay yalnız təqvimin başlanğıcı deyil, həm də mənəvi bir dönüş nöqtəsidir. Allah-Təala Qurani-Kərimdə bu ayı haram aylar sırasında qeyd etmişdir, yəni bu ayda tökülən hər bir qan günahların ən böyüyü sayılır və bu ay sülhün, mərhəmətin, təqvanın simvoludur”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib. Onun sözlərinə görə, ilahiyyatçı olaraq mən həmişə deyirəm ki, Məhərrəm ayı bizə keçmişdən gələn bir çağırışdır. Bu çağırışın adı Kərbəladır.…
Daha çoxDünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neft bahalaşıb. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 68,16 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar artaraq 65,4 dollar təşkil edib.
Daha çox“İnsanın şəxsiyyətini formalaşdıran əsas amil nə yalnız təbiət, nə də yalnız tərbiyədir”
“”İnsanın xarakterini formalaşdıran əsas amil nədir – təbiət, yoxsa tərbiyə?” sualı əsrlər boyu fəlsəfə və psixologiya tarixində müzakirə olunan əsas mövzulardan biri olub. Məşhur “nature vs. nurture” (təbiət və ya tərbiyə) mübahisəsi bu gün də aktuallığını qoruyur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. O bildirib ki, insan xarakteri yəni onun emosional reaksiyaları, davranış tərzi, dəyərləri və qərarvermə üsulu həm genetik (təbiət), həm də mühit və sosial öyrənmə (tərbiyə) faktorlarının qarşılıqlı təsiri nəticəsində formalaşır: “Təbiət anlayışı insanın doğuşdan gətirdiyi genetik xüsusiyyətləri, temperamentini, nevroloji strukturlarını…
Daha çoxDünya bazarında qızıl və gümüş bahalaşıb
Dünya bazarında qızıl və gümüş bahalaşıb
Daha çox