Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 4-ü saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. SİA xəbər verir ki, bu barədə AQTA-dan bildirilib. Qeyd edilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 3-dək qəbula yazıla bilərlər. “Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar…
Daha çoxDay: June 25, 2025
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib. Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfəsi vurğulanıb. Kapital Bank bu əhəmiyyətli modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında Kapital Bank və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində Mingəçevir şəhərində…
Daha çoxPrezidentin general-mayor rütbəsi verdiyi Mürsəl İbrahimov kimdir?
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin rütbəsini artırıb. Dövlət başçısının Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova general-mayor ali hərbi rütbəsi verilib. SİA xəbər verir ki, Mürsəl İbrahimov 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib. 1992-ci ilin avqust ayında Daxili…
Daha çoxİran AEBA ilə əməkdaşlığı dayandırır
İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiq edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin nümayəndəsi Alireza Salimi açıqlayıb. Bildirilib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin edilməyənə qədər AEBA müfəttişlərinin ölkəyə daxil olması qadağan ediləcək.
Daha çoxBakıda bayram günlərində 34, rayonlarda 37 dərəcə isti olacaq
Bakıda bayram günlərində 34, rayonlarda 37 dərəcə isti olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacaq. İyunun 27-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 20-22, gündüz 28-33 dərəcə isti təşkil edəcək. İyunun 28-də hava şəraiti yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-23, gündüz 29-34…
Daha çox“Azərbaycan Nəşriyyatı”nın zərəri 14 %-dən çox artıb
Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2024-cü ili 1,842 milyon manat zərərlə başa vurub. SİA şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,4 % çoxdur. Ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5,663 milyon manat (əvvəlki ilə nisbətən 0,6 % az), xərcləri isə 7,506 milyon manat (2,7 % çox) təşkil edib. Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 31,112 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 18,7 % azalaraq 762 min manata, balans kapitalı isə 5,7 % azalaraq…
Daha çoxİlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti xanım Nataşa Pirts Musara təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Daha çoxÇaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb
Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyətə dair məlumat açıqlayıb. SİA xəbər verir ki, xidmətdən bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 25-i saat 9:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 25, Həkəriçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda isə 7 santimetr artım qeydə alınıb. Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 44 santimetr artıb, su sərfi saniyədə 214 kubmetr olmaqla, normanın 129 faizini təşkil edir.
Daha çoxMüdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilirlər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Qurbanov Aqil Səlim oğlu Rüstəmov Zaur Zeynalabdul oğlu – general-mayor Cəfərov Rauf Cəfər oğlu – polkovnik Qurbanov Cavanşir Mövlud oğlu – polkovnik Abdullayev Həsən Ağasəf oğlu – polkovnik-leytenant…
Daha çoxDövlət Komitəsinin sədri Almaniya Bundestaqında görüş keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfəri çərçivəsində iyunun 24-də Almaniya Bundestaqının Xarici siyasət Komitəsinin sədri Armin Laşetlə görüşüb. SİA xəbər verir ki, görüş zamanı dinlərarası dialoq, birgəyaşayış ənənəsinin təşviqi ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. İrqçiliyin və ayrı-seçkiliyin qarşısının alınmasında tolerantlıq ənənələrinin…
Daha çox