Bu il Pxuketdə qanunu pozanların siyahısına rus turistlər başçılıq edir


… 2025-ci ildə demək olar ki, 29 min xarici turist Pxuketdə yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələnib və əsas qanun pozucuları arasında ruslar çoxluq təşkil edir.

SİA rus saytlarına istinadən xəbər verir ki, polisin məlumatına görə, onların payına 3100-dən çox hadisə düşüb ki, bu da Çin və Avropadan gələn səyahətçilərin göstəricilərindən xeyli yüksəkdir.

Deməli, Tailand polisi 2025-ci il üçün Pxuketdə əcnəbi turistlər arasında pozuntuların statistikasını açıqlayıb. Əyalət polis komandiri Sinlerd Suxomun verdiyi açıqlamaya görə, bu müddət ərzində yol hərəkəti qaydalarını pozanlara görə 29 minə yaxın cərimə kəsilib.

Qanun pozuntularının sayına görə ruslar lider olub, onların hesabına 3,1 mindən çox iş qeydə alınıb.

İkinci yerdə Çindən olan turistlər (1,7 min qayda pozuntusu), üçüncü yerdə avropalılar – fransızlar və ingilislər (təxminən 1,4 min) qərarlaşıb.

Ən az cərimə (1 min) hindlilər alıb. Bundan əlavə, ilin əvvəlindən müxtəlif hüquqpozmalara görə 369 əcnəbi saxlanılıb, o cümlədən 87 miqrasiya qanununun pozulması, 65 hadisə sərxoş vəziyyətdə avtomobil idarə etmə, 27 fakt qanunsuz əmək fəaliyyəti ilə əlaqədardır.

Bundan əlavə, polis narkotiklərlə əlaqəli 23 insident və 51 cinayət faktını qeyd edib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər