Kadırov çeçen müharibəsini Rusiyanı parçalamaq cəhdi adlandırıb

Ramzan vurğulayıb ki, rus əsgərləri cəbhədə döyüşərkən onun üçün şən qalmaq çətindir… …Çeçenistanın rəhbəri Ramzan Kadırov 30 il əvvəl Çeçenistanda baş verən hadisələri xatırladıb və bunları Rusiyanı parçalamaq cəhdi adlandırıb. SİA-nın məlumatına görə, o, bu barədə “Rusiya – Millətlər Evi” Ümumrusiya forumunda bildirib. Ramzan qeyd edib ki, respublika beynəlxalq terrorizm üzərində qələbə və dövlətin bütövlüyünün qorunub saxlanması üçün yüksək qiymət ödəyib. O, Rusiya xalqlarının mədəni və dini dəyərlərinə hörmət etməyə çağırıb. …Belə bir faciənin yenidən baş verməməsi üçün biz milli siyasəti ağılla aparmalı, bir-birimizin mədəni və…

Daha çox

Azərbaycan nefti bir qədər də ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,26 ABŞ dolları, yaxud 0,32 % azalaraq 80,08 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,66 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,24 ABŞ dolları və ya 0,3 % azalaraq 78,72 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…

Daha çox

ABŞ-dan Türkmənistana təzyiq

Cebel hava limanı amerikalıların xoşuna gəlib Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın Türkmənistana marağı artır. ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında baş tutan telefon danışığı təkcə diplomatik təmasların intensivləşməsini deyil, həm də ABŞ-ın Türkmənistanın İranla həmsərhəd olan coğrafi mövqeyinə marağını göstərir ki, bu da onu ABŞ üçün regionda potensial əhəmiyyətli tərəfdaşa çevirir. Bu yaxınlıq, eləcə də enerji sahəsində əməkdaşlıq və regional sabitliyin təmin edilməsi üçün potensial imkanlar Vaşinqtonun artan marağının əsas amillərindəndir. Ənənəvi olaraq neytrallığa sadiq qalan Türkmənistan ABŞ və Türkmənistanın yüksək…

Daha çox

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak ediblər. SİA xəbər verir ki, burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq. Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə…

Daha çox

Azərbaycanda bank kartları ilə dövriyyə 27 % artıb

2024-cü ildə Azərbaycanda bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyə 126 milyard manatdan çox olub. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində (“Fintex Sammit”) bildirib. Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 27 % çoxdur: “Əlavə olaraq 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq məbləği 10 milyard manata yaxınlaşıb. 4 ay ərzində ölkədaxili ödəniş kartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin məbləği 67 %-dən, sayı isə 91 %-dən çox artıb. Bu isə,…

Daha çox

Zelenski prezident postunu tərk edəcəyi tarixi açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişə bitənə qədər vəzifəsində qalmaq istədiyini bildirib. SİA xəbər verir ki, o, bu barədə “Sky News”a müsahibəsində danışıb. Jurnalist Mark Ostinin münaqişəni həll etmək üçün özünü ən yaxşı şəxs hesab edib-etmədiyi ilə bağlı sualına Zelenski belə cavab verib: “Mən ən təcrübəliyəm. Bəlkə də ən yaxşısı deyil. Həmişə sizdən daha yaxşı insanlar var”. Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Zelenskiyə ikinci müddətə namizədliyini irəli sürməyi təklif etmişdi. O, indiki prezidenti ölkənin müstəqillik illərində ən yaxşı lider hesab etdiyini vurğulayıb.

Daha çox

AMB İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir

Azərbaycan Mərkəzi Bankının (AMB) komandası İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir. SİA xəbər verir ki, bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində (“Fintex Sammit”) bildirib. “Yaxın zamanda biz yekun məhsulları sektora təqdim etməyi planlayırıq. Bu çərçivələr beynəlxalq standartlar əsasında formalaşır və təşkilatlarda olan proseslərin daha dayanıqlı, təhlükəsiz və effektiv olmasını hədəfləyir”, – deyə o qeyd edib. AMB rəsmisinin sözlərinə görə, bu ilin aprel ayından etibarən yeni Məlumat və Kibertəhlükəsizlik üzrə qaydaların qüvvəyə minməsi sektorun təhlükəsizliyi üçün çox mühüm…

Daha çox

Bəzi Qərb dairələri ittiham olunan şəxsləri “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışır

Bəzi Qərb dairələri müharibə cinayətlərində ittiham olunan şəxsləri “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışır. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında deyib. Onun sözlərinə görə, Azərbaycanın fundamental beynəlxalq-hüquqi öhdəliklərinə uyğun olaraq soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə ədalət mühakiməsinin həyata keçirilməsinə baxmayaraq, bəzi Qərb dairələri bu məsələyə selektiv yanaşma sərgiləyir, müharibə cinayətlərində ittiham olunan şəxsləri “girov” və “hərbi əsir” kimi təqdim etməyə çalışırlar: “Beynəlxalq cinayətlərə görə cəzasızliğın aradan qaldırılması istiqamətində atılan ardıcıl addımlar birmənalı olaraq milli qanunvericilik…

Daha çox

FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib

İyunun 23-də keçirilən növbəti seçkilərdən sonra Fövqəladə Hallar Nazirliyi (FHN) yanında yeni tərkibdə İctimai şuranın ilk iclası təşkil olunub. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, iclasda çıxış edən nazirlik yanında yaradılmış İctimai şuranın sədri, Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti Fuad Hacızadə ölkəmizdə vətəndaş cəmiyyəti institutlarına göstərilən diqqət və qayğıdan bəhs edib, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun əhəmiyyətini vurğulayıb. O, yeni formalaşmış İctimai şuranın fövqəladə halların idarə olunması sahəsində verdiyi rəy və təkliflərin nəzərə alınacağına, bu qurumun ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib, şuraya fəaliyyətində uğurlar arzulayıb. İclasda…

Daha çox

Süni intellekt əsasında fərdiləşmiş yanaşmaya ciddi ehtiyac var

2030-cu ilədək artıq dünyada fintex bazarı ilə bağlı proqnozlar var. 600 milyard dollardan çox, təqribən 700 milyard dollara yaxın fintex bazarına vəsait cəlb ediləcək. Azərbaycan da 2030-cu ilədək bu sektorda müvafiq işləri hədəfləyib. SİA xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib. O bildirib ki, bu gün əsas diqqət yetirilməli istiqamətlərdən biri fintex sahəsidir: “Biz artıq banka bir platforma biznesi kimi baxmalıyıq. Yəni bank artıq filal əsaslı, filial əsaslı…

Daha çox