2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan çox olub. Bu 2023-cü illə müqayisədə 27 faiz illik artım deməkdir. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Azərbaycan Banklar Assosiasiyası və AMB-nin təşkilatçılığı ilə keçirilən “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib. O qeyd edib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən, ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb. “Eyni zamanda, cari ilin ilk…
Daha çoxDay: June 24, 2025
Bəzi çaylarda suyun səviyyəsi artıb
Bəzi çaylarda suyun səviyyəsi artıb. SİA avtomat hidroloji stansiyalara istinadən xəbər verir ki, saat 9:00-a olan məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 22 sm, Katexçayda 9 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 8 sm, Oxçuçayda isə 3 sm artım qeydə alınıb. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 236 m3/san olmaqla normanın 58%-ni Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 17 sm artıb, su sərfi 155 m3/san olmaqla normanın 93%-ni təşkil edir.
Daha çoxBakıda “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi” keçirilir
Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən iki günlük “Fintex sammit 2025 – Maliyyə Texnologiyalar Sərgisi” Bakının illik tədbirlər təqvimində mühüm yer tutur. SİA xəbər verir ki, Beynəlxalq Bankçılıq Forumu ilə birlikdə təşkil olunan sammit regionda maliyyə sektorunun gələcəyini formalaşdırmaq məqsədilə sahənin liderlərini və tənzimləyici qurumları bir araya gətirir. Regionun aparıcı maliyyə tədbiri kimi bu sammit innovasiya, əməkdaşlıq və inkişafı təşviq edərək maliyyə sektorunun davamlı tərəqqisinə töhfə verir. Fintex Sammit tendensiyalar, rəqəmsallaşma və inkişaf edən ödəniş sistemləri…
Daha çoxBakının bəzi yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Daha çoxTehrandan AÇIQLAMA
Tehrandan AÇIQLAMA
Daha çoxAlimlərdən yeni kəşf
Alimlərdən yeni kəşf
Daha çoxİranın Qətərə təcavüzü beynəlxalq hüquqa açıq şəkildə ziddir
Ərəb Parlamenti İranın Qətər Dövlətinə təcavüzünü sərt şəkildə pisləyir. Bunu Qətər suverenliyinin açıq və qəbulolunmaz şəkildə pozulması, eləcə də beynəlxalq hüquq normalarının tapdanması adlandırır. SİA xəbər verir ki, bu barədə Ərəb Parlamentinin yaydığı bəyanatında yer alır. “Ərəb Parlamenti Qətər Dövləti ilə tam həmrəy olduğunu ifadə edir və onun suverenliyini, təhlükəsizliyini və ərazi toxunulmazlığını qorumaq üçün görəcəyi bütün tədbirlərə tam dəstəyini bildirir”, – deyə Ərəb Parlamentinin bəyanatında vurğulanır. Ərəb Parlamenti regionda münaqişə meydanının genişlənməsinin mənfi nəticələrindən xəbərdarlıq edir, təhlükəsizliyi və sabitliyi pozacaq vəziyyətin gərginləşməsinin qarşısının alınmasına çağırır.
Daha çoxİsrailin daha bir şəhəri vuruldu – ölənlər var
İsrailin daha bir şəhəri vuruldu – ölənlər var
Daha çoxAzərbaycanla Səudiyyə Ərəbistanı arasında parlamentlərarası əlaqələr inkişaf edir
Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupu arasında onlayn formatda görüş keçirilib. SİA xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin nüfuzlu beynəlxalq platformalarda, eləcə də parlamentlərarası səviyyədə uğurla inkişaf etdiyini vurğulayıb. O, həmçinin yaşıl enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, bərpaolunan enerji sahəsində ölkəmizdə görülən işlərdən danışıb, Azərbaycanın “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin və…
Daha çoxSiyartodan xəbərdarlıq
Siyartodan xəbərdarlıq
Daha çox