Bu ərazilərdə qaz olmayacaq
Daha çoxDay: June 24, 2025
Dubay hava limanları fəaliyyətini bərpa etdi
Bəhreyn və Küveyt İranın Qətərdəki Amerika bazasına zərbəsindən sonra bağlanmış hava məkanlarında mülki aviasiya uçuşlarına qoyulmuş məhdudiyyətləri aradan qaldırıblar. SİA xəbər verir ki, bu barədə iki ölkənin aviasiya qurumları məlumat yayıblar. Həmçinin Dubay hava limanları da qısa fasilədən sonra tam fəaliyyətini bərpa edib. Qeyd edək ki, daha əvvəl Bəhreyn, BƏƏ, Küveyt və İraq hava məkanını müvəqqəti bağlamışdı.
Daha çoxUkrayna Prezidentinə qarşı növbəti sui-qəsd cəhdinin qarşısı alınıb
Ukrayna hüquq-mühafizə orqanları Prezident Volodimir Zelenskaya qarşı növbəti sui-qəsd cəhdinin qarşısını alıblar. Bu cəhdi Polşa vətəndaşı olan hərbi təqaüdçü hazırlayıb. SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk jurnalistlərə açıqlamasında bildirib. Malyukun sözlərinə görə, ruslar illər əvvəl sovet ideyalarına sədaqətlə inanan Polşadan olan hərbi təqaüdçünü ələ alıblar və indi onu “aktivləşdiriblər”. “Tapşırıq Prezident Zelenskinin Jeşuv hava limanında fiziki cəhətdən aradan götürülməsi idi. Bir neçə variant nəzərdən keçirilirdi. Onlardan biri FPV dron, digəri isə snayper kompleksi idi”, – deyə SBU rəhbəri bildirib. Lakin sui-qəsd cəhdinin…
Daha çoxBakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
Fars körfəzi üzərində hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. “Qatar Airways” aviaşirkətinin Bakı–Doha və “Kuwait Airways”in Bakı–Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, “Wizz Air Abu Dhabi” aviaşirkətinin Bakı–Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanında eniş edib. Yaranmış vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi protokolları çərçivəsində operativ şəkildə qiymətləndirilib və sərnişinlərin, eləcə də ekipaj…
Daha çoxBəzi ərazilərdə işıq olmayacaq
Bəzi ərazilərdə işıq olmayacaq
Daha çoxFutbolçu və sevgilisi həlak oldu
İyunun 23-nə keçən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində “Temp Tunayted” komandasının oyunçusu Vladimir Moseyçuk və sevgilisi Anna həlak olub. SİA xəbər verir ki, bu barədə “Street Football Challenge” nəşri məlumat yayıb. “Futbol ailəmizdə faciə baş verib. Bu gün ürək ağrısı ilə dəhşətli xəbəri paylaşırıq – bu gecə Kiyevə raket zərbəsi nəticəsində “Temp Yunayted”in oyunçusu Vladimir Moseyçuk və sevgilisi Anna həlak olub. Onlar bizim tanıdığımız, birlikdə oynadığımız, güldüyümüz insanlardır. Müharibə seçmir, sadəcə olaraq aparır. Buna görə də birlikdə olmalı, kömək etməliyik”, – məlumatda deyilir. Ötən gecə Rusiya aviasiyasının Kiyevə endirdiyi…
Daha çoxLeyla Əliyeva Xızıdan paylaşım etdi
Leyla Əliyeva Xızıdan paylaşım etdi
Daha çoxAmma biz buna “öz hamam suyunu içmək” deyirik…
ABŞ generalı Putinin məğlubiyyətini proqnozlaşdırır: Kreml rəhbəri reallıqdan uzaqdır… …Rusiya lideri Vladimir Putin Ukraynanın dörd bölgəsini ələ keçirə biləcəyinə və genişmiqyaslı müharibədə qalib gələcəyinə inanmaqda davam edir. Lakin cəbhədəki vəziyyət onu deməyə əsas verir ki, Moskva məğlubiyyətlə üz-üzədir. SİA-nın məlumatına görə, bu fikri ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Devid Deptula “Kanal 24”ün efirində bildirib. Onun sözlərinə görə, Putin Ukrayna üzərində qələbəsinə əmindir, çünki Rusiya hərbi komandanlığı cəbhədəki vəziyyət barədə diktatora belə hesabat verir. O vurğulayıb ki, bütün Rusiya Kreml rəhbərinin informasiya axınına tam…
Daha çoxYenə də Donald Trampın səssiz razılığı gözlənilir..?
İki ölkə Ukraynaya kontingentin göndərilməsi məsələsini ölü nöqtədən çıxarmağa hazırdır… …ABŞ-ın Ukraynaya xarici sülhməramlı kontingentin göndərilməsi ideyasına görünən dəstəyin olmamasına baxmayaraq, Avropada Ukraynaya müstəqil hərbi kontingent göndərməyə hazır olan ölkələr var. SİA-nın əldə etdiyi məlumata görə, zn.ua-nın beynəlxalq siyasət departamentinin müşahidəçisi Vladimir Kravçenko bunu mənbələrə istinadən yazır. Ukrayna hökumət rəsmilərindən birinin qeyd etdiyi kimi, müəyyən tərəfdaşlar bu istiqamətdə hərəkətini davam etdirmək istəyirlər, lakin ən azı ABŞ prezidenti Donald Trampın səssiz razılığını gözləyirlər. Öz növbəsində, Ukraynanın keçmiş xarici işlər naziri Vadim Pristayko şərhində qeyd edib ki,…
Daha çoxRusiyada əmək miqrantlarının sayı on ildə iki dəfə azalıb…
Hər il təxminən altı-yeddi milyon əcnəbi işçinin ölkədə işlədiyi 2013-2014-cü illərin pik rəqəmləri ilə müqayisədə indiki rəqəmlər demək olar ki, iki dəfə azalıb… …Əgər on il əvvəl ölkədə hər il 6-7 milyon əmək miqrantı olurdusa, indi onların sayı 3-3,5 milyonu keçmir. Ekspert bu tendensiyanı 2015-ci il iqtisadi böhranının nəticələri və miqrasiya siyasətindəki dəyişikliklərlə əlaqələndirir. SİA rus saytlarına istinadən xəbər verir ki, demoqraf Yuliya Florinskayanın apardığı son araşdırmaya görə, Rusiyada əmək miqrasiyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Hər il təxminən altı-yeddi milyon əcnəbi işçinin ölkədə işlədiyi 2013-2014-cü illərin…
Daha çox