ABŞ prezidenti Donald Tramp deyib ki, Rusiya lideri Vladimir Putin ona İsrail və İran arasında münaqişənin həllində kömək təklif edib.
SİA-nın məlumatına görə, bu barədə Fox News xəbər verir. Trampın sözlərinə görə, guya Putin özü ona zəng edib və kömək təklif edib.
…Bildiyiniz kimi, Vladimir mənə zəng etdi və soruşdu: İranla bağlı sizə kömək edə bilərəmmi? Mən cavab verdim: “Xeyr, mənim İranla bağlı köməyə ehtiyacım yoxdur. Sizinlə köməyə ehtiyacım var. Və ümid edirəm ki, Rusiya ilə razılaşacağıq, bu, təəssüf doğurur. Keçən həftə 6 min əsgər həlak olub.
Tramp deyib bunu.
Xatırladaq ki, Tramp bir neçə gün əvvəl oxşar bəyanatla çıxış etmişdi.
Daha sonra ABŞ prezidenti deyib ki, Putin əvvəlcə Rusiyanın Ukraynada başladığı müharibəni bitirməlidir. Yalnız bundan sonra Yaxın Şərqdəki münaqişə ilə bağlı vasitəçilikdən danışmaq olar.
Əli Babayev