Rusiyada iş günü son 3 ildə ilk dəfə qısaldılıb…


…Rusiyada bu ilin birinci rübündə iş gününün orta uzunluğu son üç ildə ilk dəfə azalaraq 7,54 saat təşkil edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rosstat bu məlumatları “Rusiyanın sosial-iqtisadi vəziyyəti” adlı iyun hesabatında qeyd edib.

Hesablamada təşkilatların işçilərinin faktiki işlədiyi saatlara görə məşğulluğu nəzərə alınıb. Qanuna görə, iş vaxtı həftədə 40 saatdan çox olmamalıdır – bir qayda olaraq, bu, səkkiz saatlıq beş iş günüdür.

Bu “İzvestiya”nın məqaləsində deyilir.

…Freedom Finance Global analitiki Vladimir Çernovna aydınlıq gətirib ki, buna çevik iş saatlarının yayılması və uzaqdan, eləcə də layihə işlərinin populyarlığı təsir edib. İyunun 20-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkədə yüksək maaşlı iqtisadiyyata keçidə başlamaq lazımdır. Onun sözlərinə görə, buna iş yerlərinin keyfiyyətini artırmaqla nail olmaq olar.

Bununla yanaşı, Rusiya lideri əlavə edib ki, Rusiya Federasiyasında maaşların səviyyəsi hələ də yetərli deyil. Vladimir Putin həmçinin bildirib ki, Rusiya yoxsulluq səviyyəsinin rekord səviyyədə azalmasına nail olub.

Ötən ilin yekunlarına əsasən, bu, cəmi 7,2 faiz təşkil edib.

Əli Babayev

Əlaqəli Xəbərlər