Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs olunub


Gürcüstanda müxalif “Güclü Gürcüstan” koalisiyasının üç üzvü həbs edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə Badri Caparidze və Mamuka Xazaradze 8, Zurab Caparidze 7 ay müddətinə həbs olunub. Qərara əsasən, B. Caparidze və M.Xazaradze 2 il müddətində dövlət strukturlarında vəzifə də tuta bilməzlər.

Həbs edilənlər Parlamentin İstintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurlar.

Əlaqəli Xəbərlər