Londonun Qitələrarası Birjasında (ICE) bu ilin avqustunda tədarük edilən “Brent” markalı neftin fyuçerslərinin qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq bir barel üçün 81 dolları ötüb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bakı vaxtı ilə saat 2:00-a olan məlumata görə, neftin qiyməti 80 dollar həddini keçərək artımını sürətləndirib və 80,98 dollar olub.
Bakı vaxtı ilə saat 2:01-də fyuçerslərin qiyməti artmaqda davam edərək bir barel üçün 81 dollara çatıb. Neftin qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq 81,4 dollar (+5,28%) olub.
Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 2:05-də “Brent” markalı neftin bir barreli 80,41 dollara (+3,98%) satılıb. Eyni zamanda, 2025-ci ilin avqustunda tədarük edilən WTI markalı neftin fyuçersləri 5,89% bahalaşaraq bir barel üçün 78,40 dollar təşkil edib.
Xatırladaq ki, iyunun 12-də bu ilin avqustunda çatdırılma üzrə “Brent” markalı neftin fyuçerslərinin qiyməti təxminən iki ayda ilk dəfə bir barel üçün 70 dollar həddini keçib. Xammal 5,41% artaraq 70,20 dollar olub.
İyunun 16-da Brent markalı neftin avqust fyuçerslərinin qiyməti Yaxın Şərqdə eskalasiya fonunda demək olar ki, 80 dollar/barelə yüksəlib. Ticarət məlumatlarına görə, xammalın fyuçerslərinin qiyməti 4,18% artıb. O, 78,32 dollara satılıb.