Rusiyalı valideynlər də 15 yaşdan kiçik uşaqlar üçün qadağa istəyirlər…


…Rusiyada hər ikinci valideyn uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması ideyasını bəyənir. Çox vaxt bu nöqteyi-nəzərdən 35 yaşdan yuxarı ruslar çıxış edirlər.

SİA-nın məlumatına görə, Fransa, İspaniya və Yunanıstanda rəqəmsal siyasət nazirləri 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanun layihəsi hazırlayıblar.

SuperJob iş axtarışı xidmətinin analitikləri yeni araşdırma aparıblar və bu araşdırma zamanı Rusiya sakinlərinin öz ölkələrində oxşar qadağaya necə reaksiya verəcəyini öyrəniblər.

Məlum olub ki, respondentlərin 46 faizi təşəbbüsü dəstəkləyib.

Respondentlərin üçdə biri uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsinin əleyhinədir və hər dördüncü (23 faiz) cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda, araşdırmaya görə, 35 yaşdan yuxarı ruslar (50 faiz) və yeddi yaşından 15 yaşa qədər olan uşaqların valideynləri (52 faiz) arasında məhdudiyyətlərin tərəfdarları daha çoxdur.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər