Rusiya Avropada yeni hərbi əməliyyatlar hazırlayır..?





Ukrayna kəşfiyyatında Rusiyanın Avropada hərbi əməliyyatlar hazırladığına dair sübutlar var..?



…Ukrayna prezidenti Vladimir Zelenski bazar günü deyib ki, Rusiyanın Avropada yeni hərbi əməliyyatlar hazırladığına dair sübutlar var.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna dövlətinin başçısı Telegram-da yazıb.

Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla görüşdən sonra açıqlama verib.

…Biz Rusiya rəhbərliyinin növbəti intellektual reqressiyasını qeydə alırıq və onların Avropa ərazisində yeni hərbi əməliyyatlar hazırladıqlarına dair sübutlarımız var, – prezident yazıb.

O qeyd edib ki, Ukrayna Ukrayna kəşfiyyatının əldə etdiyi faktlar barədə tərəfdaşlarına məlumat verəcək.

…Biz müdafiə üçün birgə qərarlar hazırlayırıq, xüsusən də Böyük Britaniya və Avropa Birliyi ilə, – deyə Zelenski bildirib.

Əli Babayev

Əlaqəli Xəbərlər