Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijarto ilə telefon danışığı aparıb.
SİA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirələr ABŞ-ın İranın nüvə obyektlərinə son raket və bomba zərbələri ilə bağlı olub.
…Rusiya tərəfi vurğulayıb ki, ABŞ-ın suveren dövlətin ərazisinə raket və bomba hücumu münaqişənin genişlənməsində ən gözlənilməz nəticələrə səbəb ola biləcək yeni, təhlükəli dönüşdür.
Bu, Rusiya XİN-in saytında yerləşdirilən rəsmi bəyanatda deyilir.
Bu hərəkətlərin beynəlxalq nüvə silahının yayılmaması rejiminə ziyan vurduğu, regional və qlobal təhlükəsizliyi təhdid etdiyi barədə fikir də ifadə olunub.
…Bundan əvvəl məlum olmuşdu ki, iyunun 22-də ABŞ İsrailin hücumlarından sonra İrandakı nüvə obyektlərinə zərbələr endirib və bu, Rusiyanın kəskin reaksiyasına səbəb olub və BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ-ın hərəkətləri beynəlxalq hüququ pozur və nüvə silahının yayılmaması rejimi, həmçinin regional və qlobal təhlükəsizlik üçün risklər yaradır.
Əli Babayev