Dəməşqin şərqindəki Duveyla bölgəsindəki kilsəsində partlayış baş verib.
SİA xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, partlayış terror aktı nəticəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 13 nəfər ölüb, 53 nəfər yaralanıb.
Partlayış kilsəyə böyük ziyan vurub, təhlükəsizlik qüvvələri hadisə yerində geniş ehtiyat tədbirləri görüb.
Partlayışla bağlı araşdırmalara başlanılıb.