Astana yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb


Astana yaxınlığında yerləşən Jolaman aerodromunun ərazisində təlim uçuşu zamanı TL-2000 yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb. SİA Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarə fiziki şəxsə məxsus olub. İlkin məlumatlara görə, təyyarədə ekipajın iki üzvü olub – onlar həlak olublar.

Hadisənin araşdırılması ilə bağlı komissiya yaradılır.

Əlaqəli Xəbərlər