Zibil maşınlarının sürücüləri Ukraynaya müharibəyə göndərilib və indi də sürücü qadın axtaışına çıxıblar..?
…Rusiyada, Çitada kəskin kadr çatışmazlığı fonunda tullantıların daşınmasında fasilələr yaranıb: zibil daşıyan maşın sürücüləri Ukrayna ilə müharibəyə göndəriliblər.
SİA-nın məlumatına görə, bunu şəhər səlahiyyətlisi “Chita.ru”-ya bildirib.
Onun sözlərinə görə, şəhərdəki buna səlahiyyətli olan şirkət “kadr çatışmazlığı” yaşayır və sürücü axtarışını davam etdirir.
…Yükləyicilərdə işlər az-çox yaxşıdır, sürücülərdə isə pisdir. Sadəcə, beş sürücüümüzü götürüb xüsusi hərbi əməliyyata göndərdilər. Artıq iki aydır ki, kadr tapmağa çalışırıq. Bu müddət ərzində 30-a yaxın insan təcrübə keçməyə gəlmişdi, amma təəssüf ki, yalnız biri qalıb. Avadanlıqlar kifayət qədərdir, işləmək üçün yaxşı vəziyyətdədir, amma bir nəfər qalıb.
Bu, Şəhər Dumasının şəhər iqtisadiyyatı komitəsindən bildiriblər.
Aşağı əmək haqqına əlavə olaraq (müəyyən edilmiş tarifə görə 35 min rus rublu), namizədlər işin özünün xüsusiyyətlərini bəyənmirlər.
…Onlar bizə gəlir, iki saytın yanından keçərək deyirlər: “Bağışlayın, mən daha bunu edə bilmirəm – qoxu gəlir”.
…Kadr çatışmazlığı səbəbindən işçilər iş vaxtından artıq işləməli olur, texnikalar hətta gecələr də marşrutlara çıxır.
Başqa bir şəhər səlahiyyətlisinin dediyinə görə, işçi çatışmamazlığı təkcə tullantıların daşınması sahəsində müşahidə olunmur: “2018-ci ildən ictimai nəqliyyatda sürücülərin sayı demək olar ki, beş dəfə azalıb. Mən tunelin sonunda heç bir işıq görmürəm”.
…Dekabrda Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev bildirmişdi ki, Çitada şəhərdə lazımi sayda trolleybusun yarısı fəaliyyətini dayandırıb. Səbəb hələ də eynidir: o vaxt 17 işçi Ukrayna ilə müharibəyə gedib. Deputat bildirib ki, vəziyyətdən çıxış yolu qadınları ictimai nəqliyyatda işləməyə cəlb etmək ola bilər.
Əli Babayev