Almaniya yenidən əhali rekordunu qırıb…





2024-cü ilin sonunda Almaniyada təxminən 83,6 milyon insan yaşayırdı…



…2024-cü ildə Almaniyada doğulanların sayı ölənlərin sayından az olsa da, ölkə əhalisi miqrasiya hesabına artıb. SİA xəbər verir ki, bunu Welt portalına istinadən Almaniya Federal Statistika İdarəsinin məlumatları sübut edir.

2024-cü ilin sonunda Almaniyanın demək olar ki, 83,6 milyon əhalisi var idi ki, bu da indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

2023-cü illə müqayisədə artım 0,1 faiz və ya 121 min nəfər təşkil edib. Almaniya əhalisinin artımı əcnəbilərin gəlişi ilə bağlıdır: Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyanın xarici əhalisi 283 min nəfər və ya 2,3 faiz artıb.

Almaniya əhalisinin tərkibində əcnəbilərin payı 2023-cü ilin sonundakı 14,5 faizdən 2024-cü ilin sonunda 14,8 faizə yüksəlib.

Əcnəbilərin ən böyük qrupları türklər (təxminən 1,4 milyon), ukraynalılar (təxminən 1,1 milyon) və suriyalılar (təxminən 890 min) olub.

Bununla belə, Almaniyada əhalinin təbii artımı 2024-cü ildə yenidən qeydə alınmayıb, çünki ölüm nisbəti doğum nisbətini 330 min nəfər ötüb.

Almaniyanın əhalisi 2023-cü ildə 300 min nəfər artaraq rekord 84,7 milyon nəfərə çatıb, çünki ölkəyə xalis miqrasiya aşağı doğum səviyyəsini və əhalinin qocalmasını kompensasiya edib.

Əli Babayev

Əlaqəli Xəbərlər