Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətləri tələb-təklif əsasında formalaşır. SİA xəbər verir ki, bunu “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədr müavini Jalə Əmirbəyova Azərbaycanda keçiriləcək məhsul festivallarına həsr edilmiş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, məhsulların qiymətlərinə iqlim və digər amillər də təsir göstərir:”Məhsul bol olanda qiymət azalır. Bəzi məhsullar var ki, onların qiymətini dövlət tənzimləyir. Məsələn, buğda – çünki bu, strateji məhsuldur. Dövlət çalışır ki, bu məhsulların qiyməti sabit qalsın və əhali üçün əlçatan olsun. Digər məhsullarda isə belə bir tənzimləmə yoxdur. Biz əslində istəyirik ki, məhsul…
Daha çoxDay: June 20, 2025
Naxçıvanda icra başçılarını Ali Məclis sədrinin təqdimatı ilə Azərbaycan Prezidenti təyin edəcək
Naxçıvanda yerli icra hakimiyyətləri başçılarını Ali Məclis sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti təyin edəcək. SİA xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb. Layihədə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi nəzərdə tutulur.
Daha çoxİsrail Tehrana silsilə zərbələr endirib
İsrail ordusu (SAXAL) iyunun 19-da axşam saatlarında İran paytaxtının mərkəzi rayonlarına silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, əməliyyata İsrail Hərbi Hava Qüvvələrinin 60-dan çox qırıcı cəlb olunub və 120-yə yaxın mərmi atılıb. Hücum zamanı onlarla hədəf, o cümlədən raket istehsalı müəssisələri və Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatının qərargahı vurulub. Bundan öncə isə İran İsrailin Beer-Şeva şəhərini raket atəşinə tutub. “The Times of Israel” qəzetinin məlumatına görə, raketlərdən birinin yaşayış binalarının yanına düşməsi nəticəsində tikiliyə zərər dəyib və bir…
Daha çoxAZSTAND auditor seçir
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2024-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlamasının aparılması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 12 manatdır. İddiaçılar təkliflərini iyulun 10-na qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 10-da, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 3 min manat ödənilib.
Daha çoxAzərbaycan biznes nümayəndə heyəti Dağıstana səfərə dəvət edilib
Dağıstan başçısı Sergey Melikov bu ilin payızında Azərbaycan biznes nümayəndə heyətini respublikaya səfərə dəvət edib. SİA xəbər verir ki, bu barədə Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimov Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin respublika başçısı Sergey Melikovla görüşünün nəticələrinə dair verdiyi açıqlamada deyib. Görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilib. “Dağıstan başçısı Sergey Melikov Azərbaycan biznes icmasının nümayəndələrini mümkün əməkdaşlığın bütün istiqamətləri ilə tanış olmaq üçün bu ilin payızında regiona səfərə dəvət edib. İlk növbədə, bu, iqtisadiyyat və turizm istiqamətləridir”, – o bildirib. Baş nazir qeyd edib ki, görüş zamanı S.Melikov…
Daha çoxAzərbaycan-Dağıstan Əməkdaşlıq Planının müddəti 3-5 il uzadıla bilər
Azərbaycan və Rusiyanın Dağıstan bölgəsi 2023-2025-ci illər üçün nəzərdə tutulmuş əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Tədbirlər Planının müddətini daha 3-5 il uzatmaq niyyətindədir. SİA xəbər verir ki, bunu Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimov Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə respublikanın rəhbəri Sergey Melikovun görüşünün yekunlarına dair verdiyi açıqlamada bildirib. Görüş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilib. Ə.Əbdülmüslimov qeyd edib ki, görüş zamanı Melikov və Mustafayev Dağıstan başçısının Azərbaycana son səfəri zamanı qaldırdığı məsələləri müzakirə ediblər. “Bu, ilk növbədə, Azərbaycanla qarşılıqlı fəaliyyət və əməkdaşlıq istiqamətləridir. Həmçinin 2022-ci ildə Azərbaycanla imzalanmış Planın…
Daha çoxGeyim tərzində mövsümə uyğunluq vacibdirmi?
Yay mövsümü istinin, günəşin və açıq havanın fəth etdiyi fəsildir. Bu fəsildə geyim seçimi yalnız görünüş məsələsi deyil, həm də rahatlıq və bədənin istiliklə mübarizəsidir. Düzgün seçilmiş geyim sizi həm sərin saxlayar, həm də gün boyu enerjili və gözəl hiss etdirər. İsti havada bədən tərləyir və buna görə də geyimlərinizin nəfəs alması çox önəmlidir. Yayda geyimləriniz: – Təbii parçalardan hazırlanmalıdır. Pambıq, kətan, şifon, viskoz və ipək kimi materiallar bədənin nəfəs almasına imkan verir və terin dəridə qalmasının qarşısını alır. – Yüngül və nazik olmalıdır. Qalın parçalar bədəni isitdiyi üçün yay…
Daha çoxPakistan XİN başçısı 125 vətəndaşın İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ölkəsinin 125 vətəndaşının İrandan təxliyəsinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. SİA xəbər verir ki, bu barədə nazir “X”də yazıb. “Pakistan vətəndaşlarını İrandan qəbul etdikləri üçün Azərbaycan hökumətinə ürəkdən təşəkkür edirəm. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinə və qardaşım Ceyhun Bayramova, eləcə də Astara sərhəd keçid məntəqəsindəki bütün Azərbaycan hökumət rəsmilərinə bu çətin dövrdə sürətli yardım göstərdikləri üçün səmimi minnətdarlığımı bildirmək istəyirəm. Təyyarə bu gün həmin 125 nəfəri Azərbaycandan Pakistana gətirəcək”, – deyə İ.Dar vurğulayıb. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə 125 nəfəri artıq…
Daha çox“Rusiya şirkətlərinə Azərbaycana investisiya qoymağı məsləhət görürəm”
Bakıda biznes mühiti çox əlverişlidir. Belə bir şəraitə heç də hər ölkədə rast gələ bilməzsən. SİA xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla iş üzrə xüsusi nümayəndəsi ifadə edib. Rusiya rəsmisi əlavə edib: “Bu gün Rusiyanın bütün şirkətlərinə Azərbaycana investisiya qoymağı məsləhət görürəm. Sentyabrın əvvəlində bütöv bir sahibkar qrupunu gətirəcəyik…Onlar görməli yerlərə baxmaq üçün Bakıya gəlmirlər. Biz investisiya tədbiri keçirəcəyik və müxtəlif sahələri təmsil edən sahibkarları səmimi şəkildə inandırmağa çalışacağıq ki, öz pullarını bu ölkəyə qoya bilərlər və bunu etməlidirlər”.
Daha çoxPaşinyan Ərdoğana sığınır…
Mətləb Salahov: “Erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır” “Ermənistan baş nazirinin Türkiyəyə səfəri bölgədəki müharibə prosesi, siyasi yerdəyişmələr fonunda baş verir. Nikol Paşinyan dünya siyasətinin ciddi aktorlarından sayılan, bölgə siyasətinin əsas lideri kimi ABŞ, Çin və Rusiya liderləri tərəfindən qəbul edilən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla yaxınlaşma siyasəti aparır. Düzdür, erməni cəmiyyətində baş nazirin bu manevrləri qıcıq yaradır və bu addımlara görə N.Paşinyan tənqidlərin və hücumların hədəfindədir. Xüsusilə revanşist dairələr və kilsə nümayəndələri ənənəvi xəstə təfəkkürə bürünüb erməni…
Daha çox