21 iyul – 5 sentyabr 2025-ci il tarixlərində Amazon Web Services (AWS)-in texnoloji dəstəyi ilə keçiriləcək “DataMinds Azercell” bootcamp proqramı tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlib. Təlimlər Azercell-in Data və AI komandasında çalışan ekspertlər tərəfindən aparılacaq və DataOps, MLOps və Generativ AI sahələrini əhatə edəcək. Proqrama STEM ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü, 5-ci kurs bakalavr və magistratura tələbələri link üzərindən müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix: 27 iyun 2025-ci il. Namizədlər üç mərhələli seçim prosesindən – proqram tələblərinə uyğunluq, dil və texniki bacarıq…
Daha çoxDay: June 20, 2025
“Onlayn satış edənlər artıq qeydiyyatdan keçməli və vergi ödəməlidirlər”
“Hazırda elektron ticarət çox sürətlə inkişaf edir. İnsanlar artıq mağazaya getməkdənsə, məhsulları internet üzərindən alırlar. Bu sahənin böyüməsində informasiya texnologiyalarının (İT) böyük rolu var”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib. Onun sözlərinə görə, satışlar üçün xüsusi onlayn saytlar (məsələn, Trendyol, Amazon) və sosial şəbəkələrdən istifadə olunur: “Ödənişlər bank kartı, mobil tətbiqlər və digər rəqəmsal yollarla aparılır. Dövlət orqanları bu satışları izləmək və vergi toplamaq üçün elektron sistemlər yaradır (e-qaimə, e-vergi sistemləri və s.). Bütün bu sistemlərin işləməsi üçün güclü İT infrastrukturu lazımdır – yəni serverlər,…
Daha çoxAnar Əliyev Zaqatalada qəbul keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edib. SİA xəbər verir ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Bildirilib ki, sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Daha çoxAzərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) 9 fiziki şəxsə və 1 hüquqi şəxsə (“Gatevay Management Azərbaycan” MMC) verdiyi sığorta agenti lisenziyasını ləğv edib. SİA xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar iyunun 18-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, 3 fiziki şəxsin lisenziyası könüllü müraciət əsasında, 4 fiziki və 1 hüquqi şəxsin lisenziyası onun qüvvəsinin dayandırılmasına əsas vermiş hallar müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı üçün, 2 fiziki şəxsin lisenziyası isə 12 ay ərzində onun qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, 9 ay…
Daha çoxAzərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdiririk
Bakı və İrəvan sərhədlərin delimitasiyası çərçivəsində işi davam etdirir. SİA xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Sputnik-Ermənistan”a bildirib. “Təmaslar var, lakin proses kifayət qədər mürəkkəbdir. Müvafiq olaraq müəyyən hazırlıq işləri tələb olunur. Hazırda bu işlər faktiki olaraq aparılır. Lakin mən prosesin yavaşlaması və ya sürətlənməsi ilə bağlı qiymət verməzdim”, – o qeyd edib. M.Qriqoryanın sözlərinə görə, hazırda delimitasiya komissiyalarının növbəti iclasının konkret tarixi yoxdur. “Buna baxmayaraq, tərəflərin qarşılıqlı fəaliyyət qaydasını müəyyən edən və tənzimləyən təsdiqlənmiş sənəd mövcuddur”, – o əlavə…
Daha çoxSabah pensiyalar tam ödəniləcək
Sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. SİA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, sabah güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Daha çoxCəlilabadda 9 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur
Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir. Uzunluğu 18 kilometr olan və uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Yol 4-cü texniki dərəcəyə uyğun şəkildə təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır ki, bu da 6 metr hərəkət hissəsini və hər iki tərəfdə 2…
Daha çoxHDİM Şirvanda “Qloballaşma dövründə milli dəyərlər” mövzusunda dəyirmi masa təşkil edib
Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib. Şirvan şəhərində keçirilən dəyirmi masanın mövzusu belə idi: “Qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi necə qorumalı?”. Tədbirin məqsədi milli mənəvi dəyərlərimizin qorunmasında və gənc nəslə ötürülməsi üçün maarifləndirmə işlərinin aparılması idi. Dəyirmi masada layihənin rəhbəri İlham Əliyev, sosioloq Elçin Bayramlı, Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Nəsirov, Peşə Litseyinin müəllimləri və hüquqşünası Mətanət Rəhimova və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə HDİM-in sədri İlham…
Daha çoxAzərbaycandakı məhsul festivallarının təcrübəsi “Caspian Agro 2026″ təqdim ediləcək
Gələn il mayın 5-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2026”) yalnız məhsul və texnologiyaların nümayişi ilə kifayətlənməyəcək. SİA xəbər verir ki, bunu sərginin təşkilatçısı olan “Caspian Event Organizers” MMC-nin nümayəndəsi Bəhruz Hidayətzadə Azərbaycanda keçiriləcək məhsul festivallarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Məhsul Festivalları” çərçivəsində toplanmış ənənəvi dəyərlər, regionların aqrar və mədəni potensialı, eləcə də Azərbaycanın kənd təsərrüfatı sektorunun müasir imkanları beynəlxalq auditoriyaya təqdim olunacaq: “Sərgi iştirakçıları və ziyarətçilər ölkənin müxtəlif bölgələrinin nə ilə məşhur olduğunu öyrənə, Azərbaycanın zəngin mətbəxi və aqrar…
Daha çoxNaxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq. SİA xəbər verir ki, bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
Daha çox