Hazırda şəhər və rayonlara 253 müntəzəm avtobus reysi fəaliyyət göstərir

Hazırda paytaxtdan ölkənin müxtəlif şəhər və rayonlarına 253 müntəzəm avtobus reysi fəaliyyət göstərir. Mövcud qanunvericiliyin tələbləri əsasında 178 reys üzrə müsabiqələr keçirilərək qalib daşıyıcılar müəyyən edilib. SİA xəbər verir ki, bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 67 yeni və müasir avtobus cəlb olunub. Bu isə avtobus parkının 22,5%-nin müasir nəqliyyat vasitələrilə əvəzlənməsi deməkdir. Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr yekunlaşıb. Nəticədə mövcud avtobus parkının orta yaşı 21 ildən 10 ilə qədər azalıb. Ölkənin şimal istiqaməti üzrə də bütün müsabiqələr bitib. Quba, Qusar, Xaçmaz, Xudat, Şabran və Siyəzən istiqamətləri üzrə reyslərə…

Daha çox

Baş Prokurorluğun idarə rəisi Türkiyədə görüşlər keçirib

Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) yüksək səviyyəli nümayəndə heyətinin tərkibində Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Ankarada səfərdədir. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, GRECO prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Böyük Millət Məclisinin vitse-spikeri Bəkir Bozdağ, Hakimlər və Prokurorlar Şurasının sədr əvəzi Turan Kuloğlu və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. Səfər zamanı nümayəndə heyəti Türkiyə hökumətini parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısının alınması və dürüstlüyün gücləndirilməsi…

Daha çox

Danimarka Hayfa limanına gəmilərinin girişini müvəqqəti dayandırır

Danimarkanın dəniz nəqliyyatı ilə yükdaşımalar və liman terminallarına xidmət üzrə ixtisaslaşmış “Maersk” şirkəti təhlükəsizlik məqsədilə İsrailin Hayfa limanına gəmilərin girişinin müvəqqəti dayandırıldığını elan edir. SİA xəbər verir ki, bu barədə İsrail KİV-i şirkətin bəyanatına istinadən məlumat yayıb. Bəyanatda qeyd olunub ki, “Maersk” bu qərarı İsrail və İran arasında davam edən münaqişə kontekstində təhdid riskləri ilə bağlı hesabatların hərtərəfli təhlilindən sonra qəbul edib. Xüsusilə bu, İsrail limanlarına girişlə bağlı potensial risklərə və şirkətin gəmi heyətlərinin təhlükəsizliyi üçün bundan irəli gələn nəticələrə aiddir.

Daha çox

İlham Əliyev Azərbaycan ilə Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. SİA xəbər verir ki, Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycanın Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Qeyd edək ki, Saziş cari il aprelin 23-də Pekində Prezident İlham Əliyevin və Sədr Si Cinpinin iştirakı ilə keçirilən Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində…

Daha çox

“Qanunlar Toplusu” kitabının təqdimatı keçirilib

“Hüquq elmində yenilik–18.06.2025-ci il tarixdə Ombudsman əməkdaşlarının iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində “Qanunlar Toplusu” kitabının təqdimatı keçirilib. SİA xəbər verir ki, Azərbaycanda ilk dəfə 9 saylı cəzçəkmə müəssisəsində cəza çəkən ali təhsili olmayan bir məhkum Rauf Rauf oğlu Rəhimov hüquq elmində yeniliyə imza atıb. Belə ki, bu günə kimi məhkumlar öz hüquq və vəzifələrini müdafiə etmək üçün bir sıra qanunvericilikləri əldə etmək məcburiyyətində idilər. Yəni cəza çəkən bir məhkum öz hüquqlarından istifadə etməsi üçün cinayət məcəlləsini, cinayət prosessual məcəlləsini, cəzaların icrası məcəlləsini, ailə məcəlləsinin, əfv etmə haqqında əsasnaməni, əmək…

Daha çox

“Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı” təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Əməkdaşlıq Planı qüvvəyə mindikdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi onun müddəalarını həyata keçirəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.

Daha çox

Sahibə Qafarova Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Sektoral iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, görüşdə spiker bildirib ki, dostluq və qardaşlıq ənənələrinə söykənən əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlər mühüm rol oynayır. Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla vurğulanıb. Qeyd edilib ki, hər iki ölkə regionda həyata keçirilən nəhəng…

Daha çox

Süni intellektlə hazırlanan yersiz videoların qarşısını necə almaq olar?

“Təəssüf doğuracaq bir haldır ki, son dövrlərdə internetin, yeni medianın, informasiya texnologiyalarının, o cümlədən süni intellektin və bu sahə ilə bağlı tətbiq, proqram və alətlərin, qlobal texnologiya şirkətlərinin təqdim etdiyi innovativ imkanların Azərbaycanda istifadəsi getdikcə mənfi məcraya yönəlir. Bu texnologiyalar dünyada müsbət məqsədlərlə – iqtisadi, sosial və mədəni inkişafın təmin olunması, yeni iş imkanlarının yaradılması, təhsilin və səhiyyənin əlçatanlığının artırılması istiqamətində geniş istifadə olunduğu halda, bizdə bu imkanlar çox vaxt düzgün istiqamətdə istifadə edilmir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib. Onun sözlərinə görə, hazırda dünyanın inkişaf etmiş ölkələrində…

Daha çox

Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiqlənib

Azərbaycanla Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənəd 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanıb. Fərmanla Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt hökumətinə bildiriş göndərmək tapşırılıb.

Daha çox

Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib

Prezident İlham Əliyev “Azərbaycan ilə Çin arasında “Kəmər və Yol” Təşəbbüsünün Birgə Təşviqi üzrə Əməkdaşlıq Planı”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti Fərman imzalayıb. Bu Fərman qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Daha çox